Məhkəmə qərarları › İş №3(5-105)-292/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-292/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-292/2026 13.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi Şikayət etmiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə inzibati cərimə edilməsinə dair DİN BDYPİ-nin EQ 32595904 saylı, 12 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə xx.xx.2025-ci il tarixində EQ 32595904 nömrəli qanunsuz inzibati xəta haqqında elektron qərar tərtib edilmişdir. Həmin inzibati xəta haqqqında elektron qərarla o, Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmiş və sürücülük vəsiqəsinə 2 cərimə balı yazılmışdır. İXM-nin 346.9-cu maddəsi ilə müəyyən edilmiş "Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması" yol hərəkəti qaydasının tələblərini pozmadığı halda barəsində İXM-nin tələbləri pozulmaqla qanunsuz tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli inzibati xəta haqqında elektron qərar ləğv edilməlidir. Belə ki, elektron qərarda qeyd olunan tarixdə "Yol hərəkəti haqqında" Qanunun hər hansı bir tələbi pozulmadığı halda qanunsuz və tam əsassız olaraq barəsində İXM- nin 346.9-cu maddəsi ilə EQ 32595904 nömrəli elektron qərar tərtib edilmişdir. Göründüyü kimi, barəsində qeyd olunan tarixdə qanunsuz olaraq tərtib edilmiş EQ 32595904 nömrəli elektron qərarın heç bir hüquqi qüvvəsi yoxdur və beləliklə də "Yol hərəkəti haqqında" Qanunun və Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla tərtib edildiyindən həmin elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə barəsində qanunsuz tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli elektron qərardan elektron qaydada Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində xx.xx.2025-ci il tarixində İXM-nin 346.9-cu maddəsi ilə qanunsuz tərtib edilmiş EQ 32595904 nömrəli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsini, əks təqdirdə həmin qanunsuz qərardan məhkəməyə şikayət verə bilməyim üçün qərarın surətinin mənə rəsmi qaydada təqdim edilməsini və ya elektron poçtla e-mail ünvanına göndərilməsini xahiş etmişdi. Eyni zamanda DİN-nin Baş X7 İdarəsinə ərizə/vəsatət ilə elektron qaydada müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 144.1-ci maddəsinin tələbini rəhbər tutaraq, barəsində elektron qaydada şikayət verdiyi xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli inzibati xəta haqqında elektron qərara baxılanadək həmin qərarın icrasının İXM-nin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada dayandırılmasının təmin edilməsini və qəbul ediləcək qərardad barədə ona yazılı şəkildə məlumat verilməklə, həmin qərardadın rəsmi qaydada təqdim edilməsini və ya elektron poçt ünvanına göndərilməsini xahiş etmişdim. Lakin barəsində qanunsuz tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli elektron qərardan Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinə bir neçə dəfə verdiyim şikayətə və eləcə də İXM-nin 144.1-ci maddəsində nəzərədə tutulmuş qaydada qərarın icrasının dayandırılması barədə ərizəsinə (vəsatətinə) baxılmamışdır. xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli elektron qərarla bağlı Azərbaycan Respublikası DİN- nin Baş X7 İdarəsinə ünvanladığım nə şikayətinə və nədə ki, ərizəsinə (vəsatətinə) bugünədək baxılmamış və nəticəsi barədə mənə hər hansı bir məlumat verilməmişdir. Əlavə olaraq Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli elektron qərarın surəti təqdim edilməmişdir. Belə ki, qeyd olunan mübahisəli qərarın mənə Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinin tələbinə uyğun olaraq rəsmi qaydada təqdim edilməsi ilə bağlı ilkin müraciətlərinə baxılmamış və həmin qərarın surəti ona təqdim edilməmişdir. Məlumatı olmadan və eyni zamanda hər hansı yol hərəkəti qayda pozuntusu törətmədiyi halda barəsində İXM-nin 346.9-cu maddəsi ilə qanunsuz qəbul edilmiş sözügedən xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli elektron qərarın surətinin mənə təqdim edilməsi ilə bağlı çoxsaylı şikayətlərindən sonra (xüsusilə "102" Qaynar xətti vasitəsilə edilmiş şikayətlərimdən sonra) həmin mübahisəli qərarın surəti uzun müddət keçdikdən sonra ona xx.xx.2026-cı il tarixində təqdim edilmişdir. Bundan əlavə, barəsində məlumatı olmadan qəbul edilmiş həmin xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli elektron qərar barədə ona bugünədək sms bildiriş göndərilməmişdir. Həmin qərarla bağlı etdiyi şikayətlərdən sonra məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixli, EQ 32595904 nömrəli mübahisəli elektron qərar E-Polis elektron xidmət portalında olan elektron kabinetimə 2 (iki) gündən sonra xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. Bu səbəbdən, ona tətbiq olunan cərimənin əsassız olduğunu hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək şikayətinin təmin olunmasına və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə və şikayətçi X3 lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X4 EQ 32595904 saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı X2 hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların, inzibati icraat materialının təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü və s.) istinad etməməklə, habelə istinad etdiyi fotogörüntülərdə inzibati xəta hadisəsinin mövcudluğu tam sübuta yetirilmədən, şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X2 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32595904 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar