Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-299/2026 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsi İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cü il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivi ərazisində fərdi tikilidə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 02 fevral 2026-cı il tarixli, MN ******* nömrəli və MN ******* saylı inzibati xəta haqqında protokollar baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsi İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi polis leytenantı Ramin Abbasov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə Abşeron RPİ-nin giriş postuna gələrək heç bir səbəb olmadan səs-küy salmış, ictimai qaydanı pozmaqla ətrafda olan şəxslərə qarşı hörmətsizlik nümayiş etdirmişdir, R.Abbasov xidməti vəzifəsinin icrası ilə əlaqədar, həmçinin həmin şəxs onun xdmət dairəsinə daxil olan ərazidə yaşadığı üçün, onu tanıyan şəxs kimi yaxınlaşmış, sakitlik yaratmağa cəhd etmişdir. O, isə qeyri adekvat hərəkətlərini təkrarlayaraq hətta polis işçilərinə o, cümlədən ona qarşı fiziki güc göstərmək istəmişdir. Baresində protocol tərtib edilmiş şəxsin qanunsuz davranışlarının qarşısının alınması məqsədi ilə onu idarəyə aparmış, ifadəsi alındıqdan sonar barəsində protocol tərtib edilmişdir.. Bunla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, özünü barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin qismən təqsirli hesab edir. Bildirir ki, hadisə baş verən vaxt onlar arasında dava-dalaş olmamış, Polis İdarəsinə getməkdə səbəb yaxınının saxlanılma səbəbini öyrənmək olmuşdur. Ona həmin vaxt həmin adamın ad soyad və ata adının bildirilməsi deyildikdə o həmin şəxsin yalnız adını bildiyini bildirmişdir. Belə oan halda o, bərk əsəbləşmiş səs-küy salaraq haqqını tələb etmiş dostunun saxlanılma səbəbini aydınlaşdırmağa çalışmışdır. Bu zaman ora sahə müvəkkili R.Abbasov yaxınlaşmış, o, R.Abbasovu tanıdığı üçün onun kömək edəcəyinə ümid edib ondan dostunun saxlanılma səbəbini soruşmuşdur. Ramil isə tlefonla danışdığı üçün ona əhəmiyyət verməmişdir, Bu zaman o daha da əsəbləşib R.Abbasovu vurmaq istəmiş, lakin vura bilməmişdir. Bundan sonra polis əməkdaşları onu idarəyə gətirmişlər.Əgər vaxtında ona düzgün məlumat verilsəydi bu baş verənlərin heç biri olmazdı. Məhkumluğu olduğu üçün hesabb edir İ, polis əməkdaşları daim onu təqsirli bilir, onunla hörmətsizcəsinə davranırlar. O, da bunu bildiyi və hiss etdiyi üçün onlara qarşı aqresiv olmuşdur. Əməlindən peşman olduğunu nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati qaydada tutma haqqında” 02 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 13:00-dən məhdudlaşdırılmışdır;
2. İnzibati xəta haqqında 02 fevral 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 02 yanvar 2026-cı il tarixdə, saat xırda xuliqanlıq inzibati xəta əməlini törətmişdir;
3. İnzibati xəta haqqında 02 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 02 fevral 2026-cı il tarixdə, polis əməkdaşının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmamışdır.
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı ilə yanaşı həmçinin məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə Şəxs inzibati tənbeh tədbiq edərkən şəxsiyyəti, xətaların xarakterini, həmçinin törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı, həmçinin ictimai qaydanı əsaslı səbəb olmadan pozaraq nəlayiq və təhqiredici ifadələr işlədərək, xırda xuliqanlıq etməsi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2026-cı il tarixdə, saat 13:00-dən tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 15 gün (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 02 fevral 2026-cı il tarixdən, saat 13:00-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov