Məhkəmə qərarları › İş №3(5-105)-309/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-309/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-309/2026 05.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X2 barəsində qəbul edilmiş 23 dekabr 2025-ci il tarixli, EQ 32842492 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul olunmuş 23 dekabr 2025-ci il tarixli, EQ 32842492 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir Məhkəmə inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmadıqda materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir; 129.1.3-1-ci maddəsinə əsasən isə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilmiş inzibati xətalar üzrə inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayətlər şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İnzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xəta hadisəsinin Gəncə şəhəri ərazisində törədildiyi qeyd edilməklə yanaşı eyni zamanda, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən, X2 yaşayış yeri ünvan 1 ünvanında yerləşir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir və bu məqsədlə əlavə sənəd tələb edilə bilməz. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, X2 qeydiyyatda olduğu ünvan Gəncə şəhəri, Nizami rayonu, S.Rəhimov küçəsi, ev 9, mənzil 31 ünvanıdır. X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar elektron olduğundan həmçinin onun yaşayış yeri Gəncə şəhəri, müəyyən edildiyi üçün qanunvericiliyin tələbi baxımından verilmiş şikayət Gəncə şəhər Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş qəbul olunmuş 23 dekabr 2025-ci il tarixli, EQ 32842492 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar