Məhkəmə qərarları › İş №3(5-105)-310/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-310/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-310/2026 26.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, X3 iştirakı ilə, X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti MN ******* saylı qərarına əsasən X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat miqdarında cərimə edilmişdir. Cərimə edən orqanın qənaətinə əsasən X8 müxtəlif vaxtlarda A.R Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Lakin qərar qərəzli və qanunsuzdur. Dövlət orqanı heç bir sübut olmadan sadəcə formal mülahizələr əsasında həmin cərimə qərarını qəbul etmişdir. Belə ki, o, əmək müqaviləsi olmadan yuxarıda qeyd olunan şəxsi işlərə cəlb etməmişdir. Buna görə də, İXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməyimizə dair AR ƏƏSMN yanında X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək və əlavə olaraq bildirdi ki, X8 onun tanışıdır. Özü burada olmadığı üçün sırf Türkiyədə təhsil məsələsinin həll edilməsi üçün həmin məsələni Nərmin Mustafayeva icra etmişdir. X9 işçisi olmamış, onun özünün ayrıca VÖEN-i və fəaliyyət sahəsi vardır. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X7 lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Elektron prokurorluq informasiya sisteminin əmək müqaviləsi məlumatları çıxarışından, habelə sözügedən şəxslərin Abşeron rayon prokurorluğuna verdiyi izahatlarından da görünür ki, həmin şəxslərlə əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlərdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı X19 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, X19 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Belə ki, ilk öncə təqdim edilmiş xidmət müqaviləsindən aydın olur ki, həmin müqavilə X19 tərəfindən təmsil olunan “World Karyera və Peşə Mərkəzi” ilə X14 arasında bağlanılmışdır. Lakin həmin müqavilə üzrə X2 X8 tərəfindən icra olunmuşdur. Belə ki, X8 tərəfindən Xəzər Rayon Prokurorluğuna verilmiş və özü tərəfindən imzalanaraq təsdiq edilmiş izahatda qeyd olunmuşdur ki, o 2 ilə yaxındır ki, “World Karyera və Peşə Mərkəzi”-də təhsil meneceri vəzifəsində işləyir. X6 tərəfindən də Xəzər Rayon Prokurorluğuna verilmiş və özü tərəfindən imzalanaraq təsdiq edilmiş izahatdan aydın olur ki, X8 mərkəzin “təhsil meneceri” vəzifəsində işləyir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 həmin mərkəzdə əmək müqaviləsi olmadığı halda bağlanılmış xidmət müqaviləsinə əsasən mərkəzin direktorunun səlahiyyətlərini icra edən, onun adından fəaliyyət həyata keçirmək səlahiyyətinə malik olmaq barədə etibarnamə olmadan o, X10 ilə X14 arasında bağlanılmış xidmət müqaviləsinə əsasən icraçının, yəni X1 icra edə bilməz. X11 mərkəzdə olmaması və səlahiyyətlərini icra edə bilməməsi onunla heç bir əmək müqaviləsi bağlanılmadan və ya təmsilçilik səlahiyyətinə malik olmayan şəxs tərəfindən onun tərəfindən yerinə yetirilməli olan işlərin görülməsi, müqavilə üzrə üzərinə düşən vəzifələrin icra edilməsinə əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. X15 Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X12 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Abşeron-Xızı regional şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-115- ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X12 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar