Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-314/2026 06.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X1 barəsində qəbul edilmiş 24 yanvar 2026-cı il tarixli, EQ 33454788 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul olunmuş 24 yanvar 2026-cı il tarixli, EQ 33454788 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir Məhkəmə inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət aidiyyəti üzrə Saatlı rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmadıqda materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir; 129.1.3-1-ci maddəsinə əsasən isə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilmiş inzibati xətalar üzrə inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayətlər şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İnzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xəta hadisəsinin Nizami rayonunun ərazisində törədildiyi qeyd edilsə də, lakin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən, X1 yaşayış yeri ünvan 1 ünvanıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəxsin yaşayış yeri şəxsiyyət vəsiqəsində göstərilən qeydiyyat ünvanı ilə müəyyən edilir və bu məqsədlə əlavə sənəd tələb edilə bilməz. Beləliklə, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın elektron formada olması, habelə şikayət verən şəxsin yaşayış yerinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Saatlı rayonunda yerləşməsi nəzərə alınaraq, qanunvericiliyin tələblərinə əsasən verilmiş şikayətə Saatlı rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində qəbul edilmiş qəbul olunmuş 24 yanvar 2026-cı il tarixli, EQ 33454788 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Saatlı rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-314/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-314/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver