Məhkəmə qərarları › İş №3(5-105)-316/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-316/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-316/2026 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 2 saylı X5 Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında vəzifəli şəxs Şəxs məxsus qeyri-yaşayış obyektinin inşası zamanı magistral su nəqledici kəmərin mühafizə zonasının zəbt olunması faktı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında Şəxs məxsus qeyri-yaşayış obyektinin inşası zamanı magistral su nəqledici kəmərin mühafizə zonasının zəbt olunması faktı aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə2 protokolu müdafiə edərək, məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında həmin koordinatlarda yerləşən qeyri-yaşayış obyekti Şəxs məxsus deyildir. Həmin qeyri-yaşayış obyekti X4 məxsusdur. Qeyd edilənlərin nəzərə alınaraq və hazırkı işdə inzibati xəta hadisəsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında Şəxs məxsus qeyri-yaşayış obyektinin inşası zamanı magistral su nəqledici kəmərin mühafizə zonasının zəbt olunması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının 264.0.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. 18 yanvar 2026-cı il tarixli 000517 nömrəli aktdan görünür ki, Suların İstifadəsinə və X6 Xidməti 2 saylı X2 05 yanvar 2026-cı il tarixli 000001 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinin, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında Şəxs məxsus qeyri-yaşayış obyektinin inşası zamanı magistral su nəqledici kəmərin mühafizə zonasının zəbt olunması faktı aşkar edilmişdir. Protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, protokol tərtib edən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olan Şəxs məxsus qeyri-yaşayış obyektinin inşası zamanı magistral su nəqledici kəmərin mühafizə zonasının zəbt olunmasını bildirir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-862/2024 saylı qərarından görünür ki, iddia tələbi təmin edilmiş, X3 Abşeron rayonu, Masazır kəndində yerləşən 0,049 hektar torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(105)- 41/2025 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, video görüntülərə baxış keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 2 saylı X5 tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda xx.xx.2026-cı il tarixdə İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulan xətanın törədilməsi göstərilsə də, məhkəmədə aparılan araşdırma zamanı Şəxs tərəfindən qeyd edilən xətanın törədilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, video görüntülərə baxış keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, protokol tərtib edən şəxsin təqdim etdiyi videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntüdə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında vəzifəli şəxs Şəxs məxsus qeyri-yaşayış obyektinin inşası zamanı magistral su nəqledici kəmərin mühafizə zonasının zəbt olunması qeyd edilsə də, həmin qeyri-yaşayış obyektinin barəsində protokol tərtib edilmiş vəzaifəli şəxsə məxsus olması, məhz Şəxs magistral su nəqledici kəmərin mühafizə zonasının zəbt olunması ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə iclasında barəsində protokol tərtib edilmiş vəzaifəli şəxsin vəkili də qeyri-yaşayış sahəsinin Şəxs aidiyyətinin olmadığını bilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsi göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan görünür ki, məhz videogörüntüdə olan tullantı sularının Şəxs tərəfindən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsini təsdiq edən şəxsin qeyd edilən inzibati xətaya aidiyyətini müəyyən edən hər hansı sübut müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Şəxs tərəfindən İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1 -ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1 -ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3- cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə iş üzrə icraata xitam verilir. 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar