Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-34/2026 08.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Ermənistan Respublikasının, Zəngibasar rayonunda olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2665/2018 saylı, 02 may 2018-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(012)-2486/2017 saylı cjəlnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin və cavabdeh Şəxs 14 avqust 2001-ci il təvəllüdlü X5, 18 oktyabr 2004-cü il təvəllüdlü X6 və 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün har ay hər uşaq üçün 154 manat, cəmi 462 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin artırılmış (dəyişdirilmiş) qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması müəyyən edilmişdir. İcra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 25 iyun 2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra həmin icra sənədi üzrə 04 oktyabr 2018-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 24 aprel 2019-cu il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Bundan sonra borclu tutularaq icra şöbəsinə gətirilmiş, lakin icra sənədi üzrə göstərilən tələbi icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 3(012)- 773/2019 saylı qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Qeyd olunan məhkəmənin qərarından verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarına əsasən ləğv edilmiş, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin 2(012)-3360/2022 saylı, 18 iyul 2022ci il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 02 may 22018-ci il tarixli, 2(012)-2665/2018 saylı qətnaməsi ilə müıyyə edilmiş alimentin məbləği artırılmış, 18 oktyabr 2004-cü il təvəllüdlü X6 və 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün har ay hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması, cavabdeh Şəxs 66.32 manat dövlət rüsumuna görə pulun dövlət nəfinə tutulması müəyyən edilmişdir. İcra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra həmin icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 13 dekabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Borclu tutularaq icra şöbəsinə gətirilmiş, lakin icra sənədi üzrə göstərilən tələbi icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Qeyd edilən icra sənədi üzrə borclunun bugünədək ödənilməmiş 13939 manat aliment borcu mövcuddur. Qeyd edilənlərin nəzərə alınmasını və protokolun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı özünü qismən təqsirli bilmiş və izahatında bildirmişdir ki, o, əvvəllər ödənişləri vaxtında etsə də, lakin sonradan pandemiya dövrünün başlaması ilə əlaqədar maddi vəziyyəti ağırlaşmış və ödənişləri həyata keçirə bilməmişdir. O, bir müddət MMC-də işləmiş, lakin aldığı əməkhaqqı normal olmadığından maddi çətinlikləri davam etmişdir. Bundan əlavə, şəkər xəstəliyinə düçar olması səbəbindən bir müddət əmək fəaliyyəti ilə məşğul ola bilməmiş və bu səbəbdən də ödənişləri həyata keçirmək imkanından məhrum olmuşdur. Hazırda taksi fəaliyyəti ilə məşğuldur və bu ay 200 manat, imkan olduğu halda isə 250 manat ödəniş etməyə hazırdır. Barəsində aparılan icraatla bağlı çağırılma barədə məlumatının olmadığını, yaşayış ünvanının dəyişməsi və bu barədə müvafiq orqanlara məlumat verilməməsi səbəbindən bildirişlərdən xəbərsiz qaldığını, habelə dəyişdiyi mobil nömrə barədə məlumat verməli olduğunun zəruriliyindən xəbərdar olmadığını bildirmişdir. Həmçinin enidən ailə qurmasını və hazırda himayəsində azyaşlı körpə övladının olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Məhkəməsinin 2(012)-2665/2018 saylı, 02 may 2018-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(012)-2486/2017 saylı cjəlnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin və cavabdeh Şəxs 14 avqust 2001-ci il təvəllüdlü X5, 18 oktyabr 2004-cü il təvəllüdlü X6 və 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün har ay hər uşaq üçün 154 manat, cəmi 462 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin artırılmış (dəyişdirilmiş) qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması müəyyən edilmişdir;
2. Abşeron rayon Məhkəməsinin 2(012)-2665/2018 saylı, 02 may 2018-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 25 iyun 2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Abşeron rayon Məhkəməsinin 2(012)-2665/2018 saylı, 02 may 2018-ci il tarixli icra sənədi üzrə 04 oktyabr 2018-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir;
4. Abşeron rayon Məhkəməsinin 2(012)-2665/2018 saylı, 02 may 2018-ci il tarixli icra sənədinə əsasən borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 24 aprel 2019-cu il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir;
5. Abşeron rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 3(012)-773/2019 saylı qərarı ilə Şəxs barəsində 10 gün müddətində inzibati qaydada həbs edilmişdir;
6. Abşeron rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 3(012)-773/2019 saylı qərarından verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarına əsasən ləğv edilmiş, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir4
7. Abşeron rayon Məhkəməsinin 2(012)-3360/2022 saylı, 18 iyul 2022-ci il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 02 may 22018-ci il tarixli, 2(012)-2665/2018 saylı qətnaməsi ilə müıyyə edilmiş alimentin məbləği artırılmış, 18 oktyabr 2004-cü il təvəllüdlü X6 və 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün har ay hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması, cavabdeh Şəxs 66.32 manat dövlət rüsumuna görə pulun dövlət nəfinə tutulması müəyyən edilmişdir;
8. Abşeron rayon Məhkəməsinin 2(012)-3360/2022 saylı, 18 iyul 2022-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 22 sentyabr 2022ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
9. Abşeron rayon Məhkəməsinin 2(012)-3360/2022 saylı, 18 iyul 2022-ci il tarixli icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 13 dekabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Borclu tutularaq icra şöbəsinə gətirilmiş, lakin icra sənədi üzrə göstərilən tələbi icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını, icra orqanının təqdimatını, borclu və tələbkarın izahatlarını və toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində aliment öhdəliyinin icra edilməməsinə görə inzibati məsuliyyətin tətbiqi üçün qanuni əsaslar mövcuddur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş aylıq aliment öhdəliyinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində protokol tərtib edilməsinə baxmayaraq sonuncu tərəfindən həmin öhdəlik qərəzli olaraq yerinə yetirilməmişdir. Eyni zamanda, onun barəsində aparılan icraatla bağlı çağırışların ünvan və əlaqə məlumatlarının dəyişməsi səbəbindən ona çatdırılmaması, sonuncunu məsuliyyətdən azad etmir və bu hal inzibati xətanın törədilməsini istisna etmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment öhdəliyi uşağın mənafeyinə xidmət edən əsas öhdəliklərdən biri olduğundan və bu öhdəliyin yerinə yetirilməməsi ilə bağlı üzrlü səbəblər öz təsdiqini tapmadığından, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəuyğun hesab edilmədiyi üçün sonuncuya həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 08 yanvar 2026-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov