Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-371/2026 12.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu Beyləqan rayon Məhkəməsindən aidiyyəti üzrə daxil olmuş X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN1897897 №-li inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin icraata qəbulu məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN1897897 №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət Abşeron rayon məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan görünür ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2026-cı il tarixdə qəbul edilsə də, həmin qərardan şikayət 10 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuş, eyni zamanda şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN1897897saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati xəta haqqında iş üzrə qərardan X3 tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN1897897 №-li inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət icraata qəbul edilməsin və əlavə edilmiş sənədlərlə birlikdə şikayət vermiş şəxsə geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-371/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-371/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver