Məhkəmə qərarları › İş №3(5-105)-372/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-372/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-372/2026 10.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs: X1 iştirakı ilə İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 27 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Vüsal Hacıyev şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, ona yazılmış protokol əsassızdır və həmin protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur. Belə ki, o, xx.xx.2026-cı il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə protocol tərtib edilərkən, idarə etdiyi avtomobilin arxa sağ stop işığının nasaz olduğu (yanmır) bununla əlaqədar cərimə ediləcəyi və nəqliyyat vasitəsinin duracağa təmin olunacağı bildirilmişdir. YPX əməkdaşına onun tələbinin əsassız olduğunu bildirsə də, polis əməkdaşı onunla razılaşmamış, mübahisə çıxmaması üçün nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə etiraz etməmişdir. Sonradan duracaqda nəqliyyat vasitəsinin işığında olan nasazlığı aradan qaldırmış, nəqliyyat vasitəsini təhvil almışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 342.5 maddəsi ilə inzibati xəta aradan qaldırıla bilən olduğu üçün barəsində protocol tərtib edilməməli idi, həmçinin həmin məcəllənin 96 cı maddəsinə əsasən qeyd olunan nasazlıq nəqliyyat vasitəsinin duracağa təmin olunmasını nəzərdə tutmamışdır. Qeyd edilənlərə əsasən həmin qərar qanunsuz və əsassız olduğundan onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 27 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 həmin tarixdə, İnzibati Xətalar Məcəlləsinin 3342.5-ci maddəsi üzrə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir; 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə iclası zamanı Vüsal Hacıyev verdiyi ifadəsində bildirmişdir ki, nəqliyyat vasitəsini idarə edərkən avtomobilin arxa stop işığının işlək vəziyyətdə olmadığını aşkar etdikdə bununla əlaqədar yaranmış nasazlığı hadisə yerində aradan qaldıra bilmədiyi üçün nəqliyyat vasitəsinin duracağa yerləşdirildiyini və barəsində cərimə tətbiq olunduğunu qeyd etmişdir. Lakin o hesab edir ki, belə halda cərimə təyin edilməsi və nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılması əsassız olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən hal şikayətin təmin olunması üçün əsas hesab edilə bilməz. Buna görə də şikayət həmin əsasla təmin edilə bilməz. Beləliklə məhkəmə şikayət verən şəxs Vüsal Hacıyevə istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 342.5 -cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar nüəyyən olunmamışdır. Nəqliyat vasitəsinin xarici işıqlarında nasazlığın olması işin mübahisə doğurmayan halı olmaqla, nasaz nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması, hərəkətdən nasazlıq araadan qaldırılana qədər kənarlaşdırılması sürücünün və digər hərəkət iştiraçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qanunun tələbi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 27 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən həmçinin X1 şikayətində göstərdiyi xüsusatlar iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmadığından, həmçinin cərimənin ödənilməsi nəzərə alınaraq şikayət təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayət təmin edilməsin. İ X6 Xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 27 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar