Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-374/2026 10.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 10 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-317/2024 saylı, 09 yanvar 2024-ci il tarixli icra sənədinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X8 və X9 adlı əkiz uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment tutulması müəyyən edilmişdir. X4 tərəfindən hazırki günədək ödənişlər vaxtında aparılmadığı üçün, sonuncunun ödənilməmiş 5820 manat borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək, aliment borcunun olduğunu bildiyini, hər ay hissə-hissə olmaqla ödəniş aparacağını, borcun yığılmasına səbəb işsiz olmasını və sürücülük hüququnun məhdudlaşırılması ilə bağlı gəlir əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Nəzərə alınmasını barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. X11 heç yerdə işləmədiyini, son bir il ərzində təxminən cəmi 1500 manata yaxın aliment ödənildiyini 4-5 ay olar ümumiyyətlə ödəniş edilmədiyini, övladının xəstə olduğunu və Türkiyyə Respublikasında əməliyyat olunduğunu, lakin atasının heç bir köməklik etmədiyini bildirməklə qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Məhkəməsinin 2(012)-317/2024 saylı, 09 yanvar 2024-ci il tarixli icra sənədinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X8 və X9 adlı əkiz uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment tutulması müəyyən edilmişdir.
2. Abşeron rayon Məhkəməsinin 2(012)-317/2024 saylı, 09 yanvar 2024-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 12 fevral 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir; Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra sənədlərinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəxs icra qeydi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Borclu ödənişlərin həyata keçirilməməsini maddi imkanlarının yetərli olmaması və digər hallarla əsaslandırsa da, məhkəmə bunları icra sənədinin üzrsüz icra edilməməsi faktını aradan qaldıran səbəb kimi qəbul etmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, aliment öhdəliyi uşağın mənafeyinə xidmət edən əsas öhdəliklərdən biri olduğundan və bu öhdəliyin yerinə yetirilməməsi ilə bağlı üzrlü səbəblər öz təsdiqini tapmadığından, X6 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəuyğun hesab edilmədiyi üçün sonuncu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 10 fevral 2026-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov