Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-423/2026 12.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1105/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X4 anası X5 himayəsinə verilməsi və 10 aprel 2010-cu il təvəllüdlü X1 üçün 18 yaşına çatanadək hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat alimentin cavabdeh Şəxs X5 xeyrinə tutulması qət edilmişdir. Bundan başqa Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 7536/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat, kargüzarlıq xərcinin əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaitinin cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs aliment öhdəliyini icra etməmiş və nəticədə onun ümumilikdə 23.815 (iyirmi üç min səkkiz yüz on beş) manat borcu yaranmışdır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə etmişdir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1105/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2004-cü ildə Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə tərəfindən, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-7536/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə isə xx.xx.2024-cü il tarixdə onun özü tərəfindən (Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3) icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs məhkəmənin qərarının icrası üzrə öhdəliyini icra etmədiyi üçün xx.xx.2025-ci il tarixdə İXM-in 528.1-ci maddəsi ilə bağlı məsuliyyətinin yarana biləcəyi ilə əlaqədar xəbərdar edilmişdir. xx.xx.2026-cı il tarixdə sonuncunun yerinin məlum olmaması səbəbindən barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs aliment öhdəliyi üzrə 23.815 (iyirmi üç min səkkiz yüz on beş) manat borcu yaranmışdır. Bu səbəbdən onun barəsində İXM-in 528.1-ci maddəsi üzrə protokol tərtib olunmuşdur. Odur ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməlin (İXM 528.1) törədilməsində təqsirli bilməmiş və izahatında göstərmişdir ki, tələbkar alimentin ödənilməsindən imtina etdiyindən o alimenti ödəməmiş, aliment öhdəliyi üzrə borcunun yarandığından isə sonradan xəbəri olmuşdur. Məhkəmə iclasında müdafiəçi, Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşağının və xəstə yoldaşının olduğunu, aliment öhdəliyi ilə bağlı məlumatı sonradan əldə etməsini nəzərə alaraq sonuncunun barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1105/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X4 anası X5 himayəsinə verilməsi və 10 aprel 2010-cu il təvəllüdlü X1 üçün 18 yaşına çatanadək hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat alimentin cavabdeh Şəxs X5 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7536/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat, kargüzarlıq xərcinin əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaitinin cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1105/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2004-cü ildə Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7536/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə isə xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Özpınar X6 rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək aliment öhdəliyinin cra olunmaması ilə bağlı Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Şəxs məhkəmənin qərarının icrası üzrə öhdəliyini icra etmədiyi üçün xx.xx.2025-ci il tarixdə İXM-in 528.1-ci maddəsi ilə bağlı məsuliyyətinin yarana biləcəyi ilə əlaqədar xəbərdar edilmişdir. xx.xx.2026-cı il tarixdə sonuncunun yerinin məlum olmaması səbəbindən barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs aliment öhdəliyi üzrə 23.815 (iyirmi üç min səkkiz on beş) manat borcu yaranmışdır. Sübutların tədqiqi və hüquqi məsələlər: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı, icra məmurunun izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, sonuncu öhdəliyinin könüllü surətdə icra edilməsi üçün müvafiq bildirişlə xəbərdar edilmiş, lakin buna baxmayaraq borcun ödənilməsi üçün heç bir hərəkət həyata keçirməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından da, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi izahatdan da görünür ki, Şəxs əməlində inzibati xətanın tərkibi vardır, bununla bağlı icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment öhdəliyinin qüvvədə olması ilə bağlı məlumatı olmadığından alimenti ödəməməsi fikrinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncunun izahatına əsasən həqiqətən aliment öhdəliyindən xəbərdar olmaması ehtimal edilsə belə, iş materialları bu xüsusatı tamamilə təkzib edir. Belə ki, xx.xx.2025-ci il tarixdə Şəxs izahatı alınmış və bu izahatın nəticəsində cari dövr üçün olan borcu barədə açıq-aşkar məlumatlandırılmışdır. Borclu öhdəliyi üzrə məlumatı əldə etdikdən sonra öhdəliyin icrası yönündə hər hansı hərəkət etməyə cəhd etməmiş, tam əksinə hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs üzrsüz səbəbdən, qərəzli olaraq icra qeydini icra etməmişdir. Sonuncu tərəfindən icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi sübut olunduğundan onun əməlində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna görə onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Əliheydər oğlunun əməlindən himayəsində azyaşlı uşağının və xəstə yoldaşının olduğunu olması Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31-ci maddəsinə əsasən Şəxs Əliheydər oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-in 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə baxışı zamanı 3 (üç) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla, müvafiq olaraq 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbsin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə baxışı zamanı 3 (üç) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla, müvafiq olaraq 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-423/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-423/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver