Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-443/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Teymur-X1 Şəxs MMC (VÖEN **********) barəsində Abşeron RPİ-nin DYPŞ-i tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməyə dair materialları inzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb etməyə dair Abşeron RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-1.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45- 2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə məlumatlandırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 58.0.2-ci maddəsinə əsasən qəbzdə sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda və elektron sistemdən çıxarışda həmin hüquqi şəxsin ünvanı kimi ünvan 1 edilmiş və inzibati orqanın göndərdiyi sorğunun qəbul edilməsini təsdiq edən qəbzdə ünvan kimi Abşeron rayonu, Xırdalan şəhəri qeyd olunmuşdur. Beləliklə, hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda təsbit edilmiş hüquqi şəxsin yerləşdiyi ünvanla sorğunun qəbul edildiyi ünvan arasında ziddiyyət yaranmışdır. Hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət məsələsinin həlli üçün inzibati orqanın sorğusunun həmin hüquqi şəxsə müəyyən olunmuş qaydada çatdırılması və onun tərəfindən qəbul edilməsi faktı şübhədən kənar sübuta yetirilməlidir. Sorğunun hüquqi şəxsə çatdırılması faktı inzibati məsuliyyətin yaranmasının əsas şərtlərindən biridir ki, yalnız bundan sonra qanunla nəzərdə tutulmuş cavab vermə müddətinin başlanması və hüquqi şəxsin həmin tələbi yerinə yetiribyetirməməsinin qiymətləndirilməsi mümkündür. Qeyd olunan ziddiyyət sorğunun həqiqətən də hüquqi şəxsə çatdırılıb-çatdırılmaması barədə əsaslı şübhə yaradır və həmin hal işin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmənin işə mahiyyəti üzrə baxıb qərar verməsini istisna edir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Abşeron RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron RPİnin DYPŞ-ə geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək olar. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-443/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-443/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver