Məhkəmə qərarları › İş №3(5-105)-458/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-458/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-458/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Teymur-X2 Şəxs barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-i tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarından görünür ki, İXM-in 529.3-cü maddəsinin tətbiqinə əsas kimi həmin Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarda nəzərdə tutulmuş cərimənin qərar qanuni qüvvəyə mindikdən sonra 3 (üç) ay müddətinə ödənilməməsi göstərilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta Məcəllənin 36-cı, yəni “vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yer almışdır. Sözügedən maddə ilə nəzərdə tutulan inzibati xəta yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aid olmamaqla yanaşı, İXM-in 529.3-cü maddəsində birbaşa sadalanan 353.1, 353.2, 353.4 və 353.5-ci maddələrin sırasına da daxil deyildir. Beləliklə, Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi həmin Məcəllənin 529.3-cü maddəsinin tətbiqi üçün hüquqi əsas yaradan norma kimi çıxış etmir. İnzibati məsuliyyətin tətbiqi yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda və qaydada mümkündür. Nəticə etibarilə şəxsin barəsində İXM-in 529.3-cü maddəsi ilə məsuliyyətin yaranması üçün dispozisiyada nəzərdə tutulmuş zəruri hüquqi şərtlər mövcud deyildir. Bu isə işə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması üçün əhəmiyyətli natamamlıq yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmamaqla natamam olduğuna və qeyd olunanların işə mahiyyəti üzrə baxılmasını istisna etdiyindən inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı, ******* saylı protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası DİN-in BDYPİ-yə geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrarən müraciət etmək olar. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar