Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-487/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 İxtiyar qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 03 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 03 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunundan görünür ki, X1 rayonu, Müşviqabad qəsəbəsində icarəsində olan 0,02 kənd təsərüfatı təyinatlı torpaq sahəsindən məqsədli tətinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmiş, fərdi yaşayış evi tikmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Pirəkeşkül kəndi “Qara dərə” adlanan qış otlaq sahəsində yerləşən 0,02 ha torpaq sahəsini 99 il müddətində icarəsində olan N.C.Kazımovdan alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsini aldığı kimi də satmışdır. Torpaq sahəsi onun istifadəsində olduğu müddət ərzində onun tərəfindən hər hansı bir tikinti işi aparılmamışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Kazım Piriyev şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X3 tərəfindən qəbul edilmiş 03 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X1 rayonu, Müşviqabad qəsəbəsində icarəsində olan 0,02 kənd təsərüfatı təyinatlı torpaq sahəsindən məqsədli tətinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmiş, fərdi yaşayış evi tikmişdır. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, İnzibati qərardan Kazım Piriyev tərəfindən verilmiş şikayətə İsmayıllı rayon Məhkəməsi tərəfindən baxılmış, 3(037)-361/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X2 şikayəti təmin edilmiş, inzibati xəta haqında iş üzrə icraata xitam verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2026-cı il tarixli, 3(3- 10)-11/2026 saylı qərarı ilə qismən təmin edilmiş, İsmayıllı rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 3(037)-361/2025 saylı qərardadı, və İsmayıllı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(037)361/2025 saylıyekun qərarı ləğv edilmiş, iş birinci instansiyası məhkəməsinə şikayətə baxılmağa hazırlıq mərhələsinə qaytarılmışdır. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli Qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 03 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 şəxsi 4 aylı Abşeron Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq, Abşeron rayon Pirəkeşkül kəndi “Qara dərə” adlanan qış otlaq sahəsində yerləşən 0,02 ha torpaq sahəsininin Abşeron rayonu inzibati ərazi hüdudları daxilində yerləşdiyi bildirilmişdir. Məhkəmə araşdırılması zamanı səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmiş materiallar məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edlmişdir ki, orqan tərəfindən zəruri xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılmamış, ziddiyyətlər aradan qaldırılmamış tikinti işlərinin hansı vaxtda və kim tərəfindən aparılması barədə mötəbər sübutlar təqim edilməmişdir.Bu hallar və izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkibinin olub olmamasını müəyyən etməyə imkan vermir.. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın diqqətini Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə cəlb edərək bildirir ki, İnzibati xəta haqqında iş üzrə qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar və inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsinə əsas olan hallar qeyd edilməlidir. Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir Hazırki halda, inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli orqan, şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xətanın məhz həmin şəxs tərəfindən və harada törədilməsi və iş üzrə əhəmiyyət kəsb edən digər halları tam, hərtərəfli araşdırmadan X6 barəsində Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X6 barəsində xx.xx.2025-ci il tarixli, 3(037)361/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X6 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3(037)361/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 3(037)361/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-487/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-487/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver