Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-510/2026 02.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 İxtiyar qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 14 mart 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X3 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, o, barəsində qəbul edilmiş EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan icra məmuru tərəfindən 03 fevral 2026-cı il tarixdə məlumatlandırılmışdır. Yuxarıda göstərilən səbəbə görə qərardan şikayət verilmə müddətinin ötürülməmiş hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ramin Məmmədov vəsatəti müdafiə edərək əlavə olaraq qeyd etdi ki, inzibati xəta törətməsi barədə ona əvvəlcədən heç bir bildiriş verilməmiş və polis tərəfindən də bu barədə xəbərdarlıq edilməmişdir. O, inzibati tənbeh vermə haqqında qərarın mövcudluğu barədə yalnız 10 yanvar tarixində icra şöbəsindən göndərilmiş məktub vasitəsilə məlumat aldığını bildirmişdir. Həmin məktubda tullantıların tökülməsi ilə bağlı onun barəsində 300 manat məbləğində cərimə tətbiq edildiyi göstərilmişdir. Ona qərarın surəti təqdim edilmədiyindən və inzibati xəta barədə əvvəlcədən məlumatı olmadığından vaxtında məhkəməyə şikayət verə bilməmiş, bundan sonra o, əvvəlcə icra orqanına müraciət etmiş, lakin ona bu məsələnin icra orqanının səlahiyyətinə aid olmadığı bildirildikdən sonra polis orqanına və məhkəməyə şikayət etmişdir. Bundan başqa, şikayət verən şəxs hazırda işləmədiyini, törətdiyi hərəkətin inzibati xəta təşkil etməsi barədə məlumatlı olmadığını və bu səbəbdən tullantını həmin yerə tökdüyünü bildirmişdir. Göstərilən halları nəzərə alaraq, buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini bildirmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, şikayət verən şəxs inzibati xəta barədə yalnız 10 yanvar tarixində icra orqanından göndərilmiş məktub vasitəsilə məlumat aldığını və bundan sonra müxtəlif orqanlara müraciət etdiyini bildirsə də, məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən buraxılmış prosessual müddət yalnız üzrlü səbəblər olduqda bərpa edilə bilər. Lakin şikayət verən şəxs qərarın mövcudluğu barədə məlumatlı olmasını inkar etsə də, özü ifadəsində bildirmişdir ki, hadisə vaxtı ərazidə olan polis işçisinin onun barəsində protokol tərtib etməsindən məlumatı olmuş, həmçinin qərar barədə məlumatı olduqdan sonra da vaxtında şikayət verməmiş, yalnız şifahi şəkildə müxtəlif orqanlara müraciət etməsini bildirmişdir. Sadalananlar və yaxud müxtəlif orqanlara müraciət etməsi faktı prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Eyni zamanda şikayət verən şəxsin işləməməsi və ya həmin əməlin inzibati məsuliyyət yaratması barədə məlumatlı olmaması da prosessual müddətin bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş üzrlü səbəblərə aid edilmir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, şikayət verən şəxs tərəfindən buraxılmış prosessual müddətin bərpası üçün hüquqi əsaslar mövcud olmadığından, onun müddətin bərpasına dair vəsatəti təmin edilməməli və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti üzrə buraxılmış prossesual müddətin bərpası barədə vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə şikayəti üzrə buraxılmış prossesual müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-510/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-510/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver