Məhkəmə qərarları › İş №3(5-105)-522/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-522/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-522/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 16 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-481/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, 07 dekabr 2020-ci ildən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 və 28 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçiir cavabdeh Şəxs hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı İmanova (Abbasova) Ülviyyə Bahaduır qızına verilməsi müəyyən edilmişdir. Qeyd olunan icra sənədi üzrə 16 iyun 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, borclunun qeydiyyatda olduğu ünvana bildiriş və qərar göndərilmiş, tələbin könüllü icrası üçün müddət müəyyən edilmişdir. Daha sonra icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 15 sentyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Hazırda borclu Şəxs ödənilməmiş 2150 manat borcu mövcud olduğundan barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Elnur Abasov məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, hazırda borcu ödəmək imkanı olmadığını, son beş ay ərzində işləmədiyini və məhz işsiz olması səbəbindən ödənişləri həyata keçirə bilmədiyini qeyd etmişdir. O, həmin müddət ərzində iş axtardığını, müxtəlif yerlərdə müvəqqəti qaldığını və telefon istifadə etmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, bu dövrdə əsasən iş yoldaşlarının maddi dəstəyi hesabına dolanmış və fərqli ünvanlarda iş axtarışı ilə məşğul olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, azyaşlı uşağının baxımı və saxlanılmasını təkbaşına yerinə yetririr. Borclu barəsində tərtib edilmiş protokol üzrə onun tərəfindən ona bugünədək 1000 (min) manat məbləğində pul ödənilmişdir. X6 tərəfindən ona əlavə olaraq aliment ödənişləri edilmədiyindən hazırkı vəziyyətdə ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Cəlilabad rayon Məhkəməsinin 2(073)-481/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, 07 dekabr 2020-ci ildən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 və 28 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçiir cavabdeh Şəxs hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı İmanova (Abbasova) Ülviyyə Bahaduır qızına verilməsi müəyyən edilmişdir;

2. Cəlilabad rayon Məhkəməsinin 2(073)-481/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədi üzrə 16 iyun 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, borclunun qeydiyyatda olduğu ünvana bildiriş və qərar göndərilmiş, tələbin könüllü icrası üçün müddət müəyyən edilmişdir;

3. Cəlilabad rayon Məhkəməsinin 2(073)-481/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 15 sentyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra sənədlərinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəxs icra qeydi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Borclu ödənişlərin həyata keçirilməməsini maddi imkanlarının yetərli olmaması və digər hallarla əsaslandırsa da, məhkəmə bunları icra sənədinin üzrsüz icra edilməməsi faktını aradan qaldıran səbəb kimi qəbul etmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment öhdəliyi uşağın mənafeyinə xidmət edən əsas öhdəliklərdən biri olduğundan və bu öhdəliyin yerinə yetirilməməsi ilə bağlı üzrlü səbəblər öz təsdiqini tapmadığından, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəuyğun hesab edilmədiyi üçün sonuncuya həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 16 fevral 2026-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar