Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-53/2026 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 01 avqust 1981-ci il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Saray Qəsəbə Ərazi Dairəsi, Saray Qəsəbəsi, X4 Küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 09 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2532/2024 saylı, 24 iyul 2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, X1 11000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmiş, iddiaçının ödəməkdən azad edildiyi 123 manat dövlət rüsumu Şəxs tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 31 oktyabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 25 dekabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və protokolun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək, icra şöbəsinə getməkdən qəsdən yayınmadığını, bu barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin əlavə etmişdir ki, alimenti maddi imkansızlığı səbəbindən tam şəkildə ödəyə bilmədiyi üçün müddət keçdikcə borc yığılmışdr. O, hazırda üzərində olan 540 (beş yüz qırx) manat məbləğində vəsaitin 500 (beş yüz) manatını dərhal ödəyə biləcəyini, 10 (on) gün müddət verildiyi təqdirdə əlavə ödəniş etmək imkanının olacağını, qalan məbləğin isə aylıq olmaqla hissə-hissə ödənilməsinə şərait yaradılmasını, həmçinin barəsində inzibati tənbeh haqqında qərar qəbul edərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-2532/2024 saylı, 24 iyul 2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, X1 11000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmiş, iddiaçının ödəməkdən azad edildiyi 123 manat dövlət rüsumu Şəxs tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi müəyyən edilmişdir;
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-2532/2024 saylı, 24 iyul 2024-cü il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 31 oktyabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-2532/2024 saylı, 24 iyul 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 25 dekabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və borclunun izahatını dinləyərək hesab edir ki, sonuncunun əməlində inzibati xəta tərkibi mövcud olsa da, onun şəxsiyyəti, maddi vəziyyəti və iş üzrə müəyyən edilmiş hallar nəzərə alınmaqla borclu barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi daha uyğun hesab olunur. Belə ki, iş materiallarından görünür ki, borclu icra sənədi üzrə öhdəliyini inkar etmir, əksinə, borcunun mövcudluğunu qəbul edir, bir hissəsini ödəməklə, qalan hissəni də tez bir müddətdə hissə-hissə olmaqla ödəcəyini vəd edir. Beləliklə məhkəmə borclunun əməlində onun cəmiyyətdən təcrid edilməsini zəruri edən halların mövcud olmamasını və həmin şəxsin islahının cəmiyyətdən təcrid edilmədən də mümkün olmasını nəzərə alaraq, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov