Məhkəmə qərarları › İş №3(5-105)-564/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-564/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-564/2026 20.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, Abşeron RPİ-nin Saray PB-nin sahə raisi,polis leytenantı, X1 iştirakı ilə, xx.xx.1984-cü il Masallı rayon, Təkdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayon, Təkdam kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 20 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin Saray PB-nin sahə raisi,polis leytenantı, X4 izahat verərək bildirdi ki, Şəxs 19 fevral 2026-cı il tarixində Zərərçəkmiş şəxs müraciət edərək, keçmiş həyat yoldaşı tərəfindən təhqir olunduğunu, hədələndiyi barədə məlumat vermiş, bununla da Şəxs tərəfindən xırda xuliqanlıq inzibatı xətası törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki Zərərçəkmiş şəxs onun əvvəlki həyat yoldaşıdır. Ona nalayiq ifadələr işlətmədiyini, dəfələrlə ölümlə təhdid etmədiyini bildirmişdir. Yalnız hadisənin baş verdiyi gün başqasına əsəbi olduğu üçün özündə olmadığını və hirsini zərərçəkmişi telefonda hədələyərərk çıxarmış, daha sonra iş yerinə getmiş, heç bir şey etmədən geri qayıtmışdır.Bildirmişdir ki,əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qisində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əvvəlki həyat yoldaşıdır.Daha sonra onlar ayrılmışdırlar.Şəxs dəfələrlə onu ölümlə hədələmişdir.19 fevral 2026 cı il tarixində də ona zəng edərək yenə də onu ölümlə hədələyib 10 dəqiqə sonra isə zərərçəkənin iş yerinə gedərək ona qəzəbli baxışlar ataraq oradan ayrılmışdır.Lakin hər hansı nalayiq ifadə və ya səs-küy salmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 baş vermiş hadisədə inzibati xəta tərkibinin olmadığını bildiriərk iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. İnzibati xəta haqqında 20 fevral 2026-cı il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs 19 fevral 2026-cı il tarixində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ölümlə hədələyərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir;

2. “İnzibati qaydada tutma haqqında” 19 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 19 fevral 2026-cı il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən Şəxs tərəfindən onun xırda xuliqanlıq inzibati xətasını törətdiyi hallar öz əksini tapmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs və Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə onların telefon danışığı zaman baş vermiş, yəni ətrafda kənar şəxslər olmamış, habelə kənar şəxslərin eşitməsini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamış, şəxsin əməlində ictimai qaydaya qarşı hörmətsizliyi ifadə edən heç bir hərəkət müəyyən edilməmişdir. Göründüyü kimi həmin fakt üzrə Şəxs əməlində xırda xuliqanlıq inizbati xətası mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs xırda xuliqanlıq inzibati xətasını törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar