Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-65/2026 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, X1, Qərarından şikayət verilən şəxs Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə saat 08:19 radələrində öz şəxsi avtomobili olan “Toyota Prius” markalı **-XY-*** d.q.n-li avtomobillə hərəkətdə olarkən Abşeron rayonu, Masazır kəndi, Asəf Zeynallı küçəsi ərazisində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən ona heç bir sübut, şəkil və videogörüntü olmadan barəsində 100 manat məbləğində cərimə və 3 bal tənbeh tədbiri tətbiq olunmuşdur. Buna görə də, Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, hadisə vaxtı ondan öndə “Changan” markalı avtomobil olmuş, o həmin avtomobilin arxası ilə yola daxil olmuşdur. Lakin polis əməkdaşı digər maşını saxlamamış, onu saxlamışdır. Odur ki, şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 məhkəməyə video görüntü təqdim edərək X8 barəsində tətbiq edilmiş tənbeh tədbirinin qanuni olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X8 TP ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında iş materialları tədqiq olunarkən,videogörüntüyə baxış keçirilərkən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “X12” 03 iyul 1998-ci il tarixli Qanunun 77-ci maddəsinin İ hissəsinə əsasən Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də aydın olur ki, “Toyota Prius” markalı **-XY-*** d.q.n-li avtomobili idarə edən sürücü X8 yolayrıcından dönərkən baş yolla hərəkətdə olan digər avtomobilə yol verməmişdir. Odur ki, X8 “X12” Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə yol vermədən öz hərəkətini davam etdirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. X9 Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-115- ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(5-105)-65/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-65/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver