Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-668/2026 25.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1984-cü ildə Ağdam rayonu, Bozpapaqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Seyidli Ərazi Dairəsi, Bozpapaqlar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 664/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 220 manat müəyyən edilsin və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sonuncu üzrsüz səbəbdən icra vərəqəsi üzrə daha sonda ödəniş etməyərək öhdəliyini icra etməmiş, 1.598 (min beş yüz doxsan səkkiz) manat məbləğində borcu yaranmış, bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə etmişdir ki, müvafiq icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrası ilə bağlı Şəxs bildiriş göndərilmişdir. Qətnamənin icra edilməsi üçün görülən tədbirlər heç bir nəticə vermədiyindən və Şəxs icra sənədini qərəzli olaraq icra etmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi üzrə protokol tərtib olunmuşdur. Sonda icra məmuru Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, məhkəmənin qətnaməsi ilə nəzərdə tutulmuş aliment öhdəliyi üzrə ödənişlər etmişdir. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə alimentin miqdarı artırıldıqdan sonra maddi və səhhət vəziyyəti ilə əlaqədar ödənişləri tam həcmdə həyata keçirə bilməmişdir. Məhkəmədən qərar qəbul edilən zaman dediklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində ona istinad olunan əməlin tərkib əlamətləri olmadığından barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 664/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 220 manat müəyyən edilməsi və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrası ilə bağlı Şəxs bildiriş göndərilmişdir. Hal-hazırda Şəxs 1.598 (min beş yüz doxsan səkkiz) manat məbləğində borcu yaranmışdır. Sübutların tədqiqi və hüquqi məsələlər: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, Şəxs öhdəliyinin könüllü surətdə icra edilməsi üçün müvafiq bildirişlə xəbərdar edilmiş, lakin buna baxmayaraq sonuncu öhdəliyin icra edilməsi üzrə heç bir hərəkət yerinə yetirməmişdir. Tam ödənilməyən borc məbləği Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsinə dair məhkəmə qərardadının iş materiallarında olmaması sonuncuya özünün müəyyən etdiyi üsul və qayda ilə qərardadın icrasını həyata keçirməsinə əsas vermir, bu da öz növbəsində Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən yerinə yetirilmədiyini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs üzrsüz səbəbdən, qərəzli olaraq icra qeydini icra etməmişdir. Sonuncu tərəfindən icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi sübut olunduğundan onun əməlində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna görə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Şəxs məhkəmə baxışı zamanı 3 (üç) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla, müvafiq olaraq 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Ağdam Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə baxışı zamanı 3 (üç) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla ümumilikdə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-668/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-668/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver