Məhkəmə qərarları › İş №3(5-105)-67/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-67/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-67/2026 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənova Türkan Bəxtiyar qızının katibliyi Qərardan şikayət vermiş şəxs: X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 18 noyabr 2025-ci il tarixli, EQ 32070956 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti üzrə buraxılmış prossesual müddətin bərpası barədə ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli, EQ 32070956 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan Vüqar Əliyev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli, EQ 32070956 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, Vüqar Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli, EQ 32070956 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə və 2 (iki) bal tətbiq olunmasına dair EQ321070956 nömrəli elektron protokol tərtib edilmişdir. O, qeyd olunan elektron protokoldan “E-polis” tətbiqi vasitəsilə məlumat əldə etmiş, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə yazılı qaydada şikayət ərizəsi ilə müraciət etmiş və həmin müraciətinə dair cavab məktubunu xx.xx.2025-ci il tarixdə almışdır. Bundan sonra, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə inzibati xəta üzrə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən cavab almadığı üçün o, xx.xx.2025-ci il tarixdə məhkəməyə şəxsən yaxınlaşmış və ona təqdim edilmiş sənədlərin içərisində elektron qərarın surətinin olmamasını bildirilmişdir. Bununla əlaqədar olaraq, ərizəçi xx.xx.2025-ci il tarixdə elektron qərarın surətini əlavə etməklə yenidən müraciət etmişdır, lakin buna baxmayaraq, müraciətinə dair hər hansı cavab verilməmişdir. Sonradan o məlumat almaq məqsədilə yenidən məhkəməyə yaxınlaşmış və ona bildirilmişdir ki, şikayət ərizəsi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, inzibati xəta Bakı şəhəri Binəqədi rayonu ərazisində qeydə alınmışdır. Bundan sonra o, xx.xx.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və ona izah edilmişdir ki, ya qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etməli, ya da müvəqqəti yaşayış yerini təsdiq edən arayış təqdim etməlidir. Bu əsasla, o, xx.xx.2026-cı il tarixdə müvafiq arayışı Abşeron Rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Eyni zamanda, ona bildirildiyindən, ilkin olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış şikayət ərizəsinin başlıq hissəsində “Binəqədi Rayon Məhkəməsi” sözlərinin “Abşeron Rayon Məhkəməsi” sözləri ilə əvəz edilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, müddətin buraxılmış hesab edilərək, bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmişdir. Məhkəmə vəsatətə qərarından şikayıt verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verilmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə ilk növbədə şikayətə baxılmalı olan məhkəmənin aidiyyəti məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. 129.1.3-1-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilmiş inzibati xətalar üzrə inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətlər şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə təqdim edilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən, X1 yaşayış yeri ünvan 2 ünvanıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəxsin yaşayış yeri şəxsiyyət vəsiqəsində göstərilən qeydiyyat ünvanı ilə müəyyən edilir və bu məqsədlə əlavə sənəd tələb edilə bilməz. Beləliklə, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın elektron formada olması, habelə şikayət verən şəxsin yaşayış yerinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Gəncə şəhərində yerləşməsi nəzərə alınaraq, qanunvericiliyin tələblərinə əsasən verilmiş şikayətə Gəncə şəhər Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 18 noyabr 2025-ci il tarixli, EQ 32070956 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar