Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-674/2026 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Teymur-X3 X1 onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından daxil olmuş şikayət və ona əlavə olunmuş materiallara işin məhkəmədə baxılmağa hazırlanması zamanı baxaraq MÜƏYYƏN ETDİM: X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32899855 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayəti və əlavə edilmiş sənədlər Abşeron Rayon Məkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən belə məhkəmə belə qərara gəlir ki, şikayət və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən İXM-in 126.1ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İXM-in 130.2-ci maddəsinə əsasən İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi həmin Məcəllənin 29-cu, yəni “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yer alır, yəni yuxarıda göstərilənlərə əsasən İXM-in 328.1-ci maddəsi əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət 20 (iyirmi) gün müddətinə verilə bilər. X2 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32899855 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət qanunla nəzərdə tutulmuş 20 (iyirmi) günlük şikayət vermə müddəti ərzində verilməmiş, həmçinin müddət ötürülsə də, müddətin bərpası barədə ərizə iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32899855 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş materiallar geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ ona izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 onun barəsində xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32899855 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından verilmiş şikayəti və ona əlavə olunmuş materiallar geri qaytarılsın. X2 tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-674/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-674/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver