Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-680/2026 26.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X5 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, 30 avqust 1986-cı il tarixdə Lənkəran rayonunun Port-İliç qəsəbəsində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, Korpus 9, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsinin İctimai Təhükəsizlik Şöbəsinin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Anar Axundov izahat verərək bildirdi ki, 25 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən sürücünün idarə etdiyi avtomobil saxlanılmış, sonuncu həkim müayinəsindən keçərkən sidik nümunəsində MET (+) MOP (+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilərkən özünü törədilmiş inzibati xətada təqsirli bildiyini, narkotik vasitələrdən istifadəyə yeni başladığını, əvvəllər uzun müddət istifadə etsə də, onradan dayandırdığını, lakin bir müddət əvvəl təsadüf nəticəsində başladığını, müalicə olunmaq niyyətində olduğunu bildirmiş, əməlindən səmimi peşman olduğunu etiraf etmiş, əlavə olaraq himayəsində baxıma ehtiyacı olan iki övladının və yaşlı anasının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs kimi məsuliyyət daşıdığını qeyd edərək barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. “Sərxoşluq vəziyyətinin tibbi müayinə” haqqında 25 fevral 2026-cı il tarixli 1/336 saylı protokoldan görünür ki, Şəxs alkaqol sərxoşluğu müəyyən edilməmiş, lakin sidik nümunəsindən narkotik qəbulunun faktı aşkar olunmuşdur;
2. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 26 fevral 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Bahadur oğlunun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair BDYPİ-nin Ekoloji YPX bölüyünün əməkdaşları tərəfindən tərtib edilmiş raport əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı vasitəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilmişdir;
3. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 26 fevral 2026-cı il tarixli, 1627 №-li rəyində qeyd edilmişdir ki, Şəxs Bahadur oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.
4. “İnzibati xəta haqqında” 26 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, 25 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən sürücünün idarə etdiyi avtomobil saxlanılmış, sonuncu həkim müayinəsindən keçərkən sidik nümunəsində MET (+) MOP (+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur.
5. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində 03 fevral 2021-ci il təvəllüdlü X6 və 17 aprel 2018-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən X4 əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən törədilmiş xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirin formasını və dərəcəsini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini, asılılığının olmasını, şəxsin ailə vəziyyətini nəzərə alaraq Şəxs islah olunması və gələcəkdə oxşar inzibati xətaların qarşısının alınması məqsədilə barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiq və zəruri hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin İnzibati həbs haqqında qərar dərhal icra edilsin və həbs etmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni, 26 fevral 2026-cı il tarixdən, saat 17:40-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası “şəxsin narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın” hissəsində Lənkəran rayon Mərkəzi Xəstəxanasına və Lənkəran rayon Narkoloji Xəstəxanasına həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Abusət Qasımov