Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-683/2026 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş Abşeron RPİ-in Saray PB-in polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxslər X2 və X6, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə X5 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, İsmayıllı rayonu, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 105, mənzil 23 ünvanın qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in Saray PB-in polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2026-cı il saat 01:38-də və xx.xx.2026-cı il saat 14:44-də Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa xx.xx.2026-cı il saat 04:04-də ünvan 1 ünvanının qarşısında, xx.xx.2026-cı il tarixdə “Tik-tok” sosial şəbəkəsində “Fərəh” adlı saxta profil yaradaraq vətəndaş X2 ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2026-cı il, saat 21:00 radələrində Abşeron RPİ-in Saray PB-in polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etməyə dair protokollar tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokollarla tanış olaraq onları imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron RPİ-in Saray PB-in polis sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə etmişdir ki, vətəndaş polis bölməsinə dəvət olunsa da, könüllü surətdə gəlməmiş bu səbəbdən polis əməkdaşları tərəfindən məcburi şəkildə polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında Emin Rəhimov inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ona istinad olunan əməlin (İXM 510.1 və 535.1) törədilməsində qismən təqsirli bilmiş və məhkəməyə bildirmişdir ki, o əsəbi olduğu üçün Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. O həmçinin qeyd etmişdir ki, polisə tabesizlik göstərməmiş, X2 ünvanına nalayiq ifadələr işlətməmişdir. Emin Rəhimov məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-in Saray PB-in əməliyyat müvəkkili X7 izahatında bildirmişdir ki, Şəxs polis bölməsinə dəvət olunmuş, lakin qanuni tələbə tabe olmamış, bu səbəbdən məcburi şəkildə polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-in Saray PB-in əməliyyat müvəkkili X8 izahatında bildirmişdir ki, Şəxs polis bölməsinə dəvət olunmuş, lakin qanuni tələbə tabe olmamış və müqavimət göstərmişdir, bu səbəbdən məcburi şəkildə polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, “Tik-tok” sosial platformasında onun ünvanına nalayiq ifadələr işlədərək mütəmadi olaraq onu narahat edir. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirmişdir ki, Şəxs “Tik-tok” sosial platformasında onun və yoldaşının ünvanına nalayiq ifadələr işlədərək mütəmadi olaraq onu narahat edir. X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağı olmasını nəzərə alaraq məhkəmədən müdafiə etdiyi şəxs barəsində yüngül cəza tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2026-cı il saat 01:38-də və xx.xx.2026-cı il saat 14:44-də Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa xx.xx.2026-cı il saat 04:04-də ünvan 1 ünvanının qarşısında, xx.xx.2026-cı il tarixdə “Tik-tok” sosial şəbəkəsində “Fərəh” adlı saxta profil yaradaraq vətəndaş X2 ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2026-cı il, saat 21:00 radələrində Abşeron RPİin Saray PB-in polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış tabesizlik göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli tutma protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il, saat 21:50-də inzibati qaydada tutulmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının gedişatında etdiyi etirafı ilə onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olur. Xırda xuliqanlıq əməlinin edilməsindən ötrü ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər qəsdən edilməlidir. Şəxs hər kəsə açıq olan sosial şəbəkədə nalayiq ifadələr işlətməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə ümumi ictimai qaydanı pozmuşdur. Bu fakt isə öz-özlüyündə Şəxs İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. Ona görə məhkəmə işin icraatına xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bildirir ki, Şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-3070/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və onun barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən, bu halı məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu xx.xx.2026-cı il, saat 21:50-dən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 (dörd) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil ümumilikdə 44 (qırx dörd) manat pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəlləinin 535.1-ci maddəsi ilə barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il, saat 21:50-dən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 (dörd) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil ümumilikdə 44 (qırx dörd) manat pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №3(5-105)-683/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-683/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver