Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-685/2026 04.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 21 fevral 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman MÜƏYYƏN ETDİM: Şikayətə və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, X2 21 fevral 2026-cı il tarixdə saat 11:06-da etibarnamə əsasında idarə etdiyi “KİA SPORTAGE” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında hərəkətdə olarkən inzibati xəta törətmiş və həmin əmələ görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərarda göstərilən inzibati xəta hadisəsi ünvan 1 ünvanında qeydə alınmışdır. Həmçinin, müvafiq elektron xəritə portalından əldə olunmuş məlumatlara əsasən inzibati xətanın törədildiyi ünvan inzibati-ərazi bölgüsünə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisinə daxildir. Beləliklə, inzibati xətanın törədildiyi yer üzrə ərazi aidiyyəti Bakı şəhəri, Binəqədi rayonuna aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia edilən inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsi ilə müəyyən edilmiş icraat qaydalarına uyğun inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yəni, qəbul edilmiş qərar elektron qaydada qəbul edilməmişdir. İnzibati xəta hadisəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeydə alınmış və şikayətçi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1-1-ci maddəsinə uyğun qaydada şikayətə yaşayış yeri üzrə baxılması haqqında vəsatət verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı şikayətə Abşeron Rayon Məhkəməsində deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 21 fevral 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-685/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-685/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver