Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-746/2026 04.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Müdafiəçi: Vəkil Barəsində inzibati xəta Şəxs haqqında icraat aparılan şəxs: iştirakları ilə xx xxx 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 04 mart 2026-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov protokolu müdafiə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-113/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 20298,03 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 may 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildiriş göndərilməklə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Həmin icra sənədi üzrə Naxçıvan şəhər Məhkəməsi tərəfindən 23 iyun 2025-ci il tarixdə borclunun ölkədən getmək hüququ müvvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonrakı müddətlərdə borclu yenidən icra vərəqəsi üzrə göstərilən tələbin icrasından yayınmış, yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 10 iyul 2025-ci il tarixdə axtarış qərarı qəbul edilərək, protokol tərtib edilərək, məhkəməyə verilmiş və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Məhkəməsinin 3(078)-399/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qərarı ilə 550 manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin icra sənədi üzrə 24 sentyabr 2025-ci il tarixdə aidiyyəti üzrə göndərilmə haqqında qərar qəbul edilərək, icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon İcra cə Probasiya Şöbəsinə göndərilməsi müəyyən edilmişdir. Qeyd olunan icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müəyyən hərəkətlər edilməsinə baxmayaraq barəsində, protokol tərtib edilərək, məhkəməyə verilmiş və Abşeron rayon Məhkəməsinin 3(012)-2741/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qərarı ilə 1200 manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs tərəfindən bugünədək 4954 manat məbləğində ödəniş edimişdir. Hazırda borclunun icra sənədi üzrə ödənilməmiş 15344,03 manat borcu mövcuddur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, icra sənədi üzrə borcun ödənilməsindən qəsdən yayınmadığını, lakin borcu birdəfəlik ödəmək üçün kifayət qədər maddi imkanının olmadığını bildirmiş, əlavə olaraq qeyd etmirdir ki, o, borcun azaldılması məqsədilə mütəmadi olaraq ödənişlər etmiş, sonuncu ödənişi isə dekabr ayında həyata keçirmişdir. O, ayın sonunadək borc üzrə 300-500 manat ödəniş etməyə hazırdır, hər ay 300 manat ödəyə bilər. Bununla əlaqədar olaraq, borcun tam ödənilməsi üçün ona əlavə vaxt verilməsini və ödənişlərin davam etdirilməsinə şərait yaradılmasını xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, Şəxs vədinə əməl etmədiyini əvvəllər də, məhkəmədə və icra şöbəsində oxşar məzmunlu ifadələr işlədərək, öhdəlik götürdüyünü, lakin əməl etmədiyini bildirdi. Borcludan şikayətçi olduğunu və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, borclunun sağlamlıq imkanının məhdud olduğunu, elə buna görə də işlə məşğul olub gəlir əldə edə bilmədiyi üçün borcunu ödəyə bilmədiyini bildirərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-113/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 20298,03 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 may 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildiriş göndərilməklə rəsmi qaydada xəbərdarlıq edilmişdir;
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-113/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə Naxçıvan şəhər Məhkəməsi tərəfindən 23 iyun 2025-ci il tarixdə borclunun ölkədən getmək hüququ müvvəqqəti məhdudlaşdırılmışdır;
3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-113/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə 10 iyul 2025-ci il tarixdə borclu Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir;
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-113/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Məhkəməsinin 3(078)-399/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qərarı ilə 550 manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir;
5. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-113/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə 24 sentyabr 2025-ci il tarixdə aidiyyəti üzrə göndərilmə haqqında qərar qəbul edilərək, icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi müəyyən edilmişdir;
6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-113/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Abşeron rayon Məhkəməsinin 3(012)-2741/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qərarı ilə 1200 manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 32-ci maddəsinə əsasən Şəxs himayəsində orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olması onun əməlinin yüngülləşdirici halı olaraq nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, əməlində məsuliyyəti yüngülləşdirən halların müəyyən edilərək, məsuliyyəti ağırlaşdıran halların isə olmamasını, həmçinin qanunvericiliyin orqanizmin funksiyasının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin təyin edilməsinin istisna edilməsini nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov