Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-76/2026 13.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkarlar: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Barəsində inzibati xəta Şəxs haqqında icraat aparılan şəxs: iştirakları ilə xx xxxxxx 1978-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC də icraçı direktor içləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 13 yanvar 2026-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 24 dekabr 2019-cü il tarixli, 1(001)-8110/2019 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-6519/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi üzrə borc öhdəliyi iş üzrə borclu Şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində ödənilməmiş, bu tələbkarın haqlı şikayətinə səbəb olmuşdur. İcra sənədi üzrə öhdəliyin icrası barədə borcluya dəfələrlə xəbərdarlıq edilmiş bildiriş göndərilmişdir, lakin görülən tədbirlər nəticə verməmişdir. Borclu barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən borclu 500 manat cərimə edilmi, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar dəyişdirilərək 20 gün müddətdə inzibati qaydada həbs edilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək öhdəliyin icrasını təmin edə bilməməsinin qərəzli olmadığını maddi imkansızlığa görə vəziyyətin bu yerə gəlib çatdığını bir neçə günə torpaq sahəsi satıb borc ödəyəcəyini bildirdi. Məhkəmə prosesi zamanı mülkiyyətində olan üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsini təqdim edə bilməməsini onunla əsaslandırmışdır ki, o həmin nəqliyyat vasitəsini əvvəldən etibarnamə əsasında satmışdır. Qəza keçirməsi ilə əlaqədar həkim müainəsinə ehtiyacı olduğunu müalicəsinin davam etdirilməli olmasını bildirərək nəzərə alınmasını və məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə tələbkar Zərərçəkmiş şəxs2 artıq 6 il keçməsinə baxmayaraq borcdan hər hansı bir hissənin ödənilməməsini borclunun qərəzli olmasının təsdiqi kimi göstərərək, bildirdi ki, keçən dövr ərzində dəfələrlə söz verməsinə baxmayaraq ödəniş etməmişdir. Barəsində tədbir görülməsini xahiş etdi. İş üzrə tələbkar Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaranmış borcun ödənilməsi üçün dəfələrlə rəsmi və qeyri rəsmi formada olan müraciətləri nəticəsiz qalmışdır. Dəfələrlə onlara və icra məmuruna borcu ödəyəcəyinə sözz versə də Şəxs öhdaəliyi qərəzli şəkildə icar etməmişdir. Barəsində tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Bakı şəhər, Binəqədi rayon məhkəməsinin 24 dekabr 2019-cü il tarixli, 2(001)- 8110/2019 nömrəli icra sənədinə əsasənŞəxs 23 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə 3500 manat, vəkil xidmətinə görə 150 manat, ödənilmiş dövlət rüsumu 26 manat tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir.
2. Bakı Apellyasiya məhkəməsinin 09 sentyabr 2020-cü il tarixli, 2(001)-6519/2020 nömrəli icra sənədinə əsasən Şəxs 36000 manat, gecikdirmə üzrə faiz 1775,33 manatt tutularaq Zərərçəkmiş şəxs2 verilməlidir.
3. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-240/2025 saylı qərarına əsasən Şəxs 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
4. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barədə axtarış elan edilmiş və icra edilməsi üçün Abşeron rayon polis idarəsinə göndərilmişdir.
5. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhər, Binəqədi rayon məhkəməsinin 24 dekabr 2019-cü il tarixli, 2(001)-8110/2019 nömrəli icra sənədi və Bakı Apellyasiya məhkəməsinin 09 sentyabr 2020-cü il tarixli, 2(001)-6519/2020 nömrəli icra sənədi üzrə icraat bir icraatda birləşdirilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmış, barəsində əvvəllər inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq nəticə çıxarmamışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq müxtəlif bəhanələr qeyd etsə də məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 13 yanvar 2026-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov