Məhkəmə qərarları › İş №3(5-105)-761/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-761/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-761/2026 06.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Teymur-X4 X1 onun barəsində qəbul olunmuş xx.xx.2026-cı il tarixli elektron qərardan verdiyi şikayətə və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİM: X1 onun barəsində qəbul olunmuş xx.xx.2026-cı il tarixli elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsinə əsasən, İXM-in 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol inzibati icraatın başlanması üçün tərtib edilən prosessual sənəddir, lakin inzibati məsuliyyət tədbiri və ya qərar hesab edilmir. Azərbaycan Respublikası İXM-in: 53-cü maddəsinə əsasən, protokol icraatın başlanması haqqında sənəddir; 38 və 39-cu maddələrinə əsasən isə yalnız inzibati icraat zamanı qəbul edilmiş qərarlardan və ya hərəkətlərdən şikayət verilə bilər. Məhkəmə X3 tərəfindən verilmiş şikayətə münasibətdə qeyd edir ki, protokol müvafiq qərar qəbul edilmədən barəsində inzibati iş üzrə icraat aparılan şəxs üçün heç bir hüquqi nəticə doğurmur, o cümlədən heç bir hüquqi məsuliyyət yaratmır, hüquqi nəticəni yaradan akt səlahiyyətli orqanın və ya vəzifəli şəxsin protokola uyğun olaraq qəbul edilmiş müvafiq qərarıdır. İnzibati xəta haqqında protokol müvafiq qərarın qəbul olunması mərhələsinə qədər iş üzrə müəyyən faktların toplanılmasını təmin edən sənəddir. Protokol inzibati cəza və ya inzibati qərar xarakteri daşımadığından onun tərtibinə etiraza məhkəmə tərəfindən müstəqil qaydada baxıla bilməz. Belə ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Bu halda şikayətçi yalnız inzibati xəta haqqında iş üzrə çıxarılacaq qərardan (cərimə, xəbərdarlıq və s.) şikayət verə bilər. Eyni zamanda müəyyən olunmuşdur ki, vətəndaş tərəfindən bir neçə inzibati xəta törədilmiş, lakin hər bir inzibati xəta üzrə qəbul edilmiş inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan ayrıca qaydada şikayət verilməmiş, mübahisələndirilən inzibati tənbeh verilməsi haqqında qərar müraciətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında şikayət və ona əlavə edilmiş materiallar onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 onun barəsində qəbul olunmuş xx.xx.2026-cı il tarixli elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş materiallar X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar