Məhkəmə qərarları › İş №3(5-105)-767/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-767/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-767/2026 05.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Abşeron RPİ-nin DYPŞ-in polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhrində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.7, 329.3-cü və 333-1.2-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.7, 329.3 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin DYPŞ-in polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini güclü təsir edən maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş (İXM 333-1.1) və barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilmişdir. Müvafiq inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs tərəfindən təkrarən İXM 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və bu səbəbdən də sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə Abşeron RPİ-nin DYPŞ-in polis baş serjantı X8 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həllini məhkəməinin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan əməlin (İXM 333-1.2) törədilməsində özünü tam təqsirli bilərək əməlindən səmimi peşman olduğunu bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla, həmçinin özünün etirafedici izahatı ilə onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, törədilmiş əməlin xarakteri və cəmiyyətdə mənfi qarşılanan hərəkət olması onun gələcəkdə yenidən təkrarlana bilməsinin qarşısının alınmasından ötrü Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsinə əsasən, Məcəllənin 333-1.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması, himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində İXM-in 333- 1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXMin 327.1, 327.7, 329.3-cü maddələri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinın Plenumunun "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tədbiri tətbiq edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, ona nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı Şəhər Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə və Daxili İşlər Nazirliyinin BDYPİ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elvin Teymur-Zadə 3(5-105)-287/2026 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 30 yanvar 2026-cı il Xırdalan şəhəri Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X12 YPX-in İnspektoru, polis baş serjantı X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokola məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 17:10-da açıldı. Sədrlik edən Azərbaycan məhkəmə iclasını açır, baxılacaq işi elan edir və məhkəmə iclasının audio-video çəkilişlə aparıldığını bildirir. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X12 YPX-in İnspektoru, polis baş serjantı X14, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 və onun müdafiəçisi vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 gəlmişdirlər. Sədrlik edən məhkəmə iclası iştirakçılarının səlahiyyətini yoxlayır. Sədrlik edən məhkəmənin tərkibini elan edir. Sədrlik edən Teymur-Zadə Elvin Rasif oğlu, Məhkəmə iclasının katibi Manaflı Nicat Müşfiq oğlu. Sədrlik edən işdə iştirak edən proses iştirakçılarının hakimə və məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarının olduğunu izah edir. Etirazlar olmadı. Sədrlik edən işdə iştirak edən proses iştirakçılarına hüquq və vəzifələrini izah edir. İşdə iştirak edən proses iştirakçıları ayrı-ayrılıqda bildirdilər ki, hüquq və vəzifələr onlara aydındır. Sədrlik edən proses iştirakçılarından vəsatətlərin olub-olmamasını aydınlaşdırır. Vəsatətlər olmadı. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X10: xx.xx.2005-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olan və Bakı şəhər, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan İnzibati xəta haqqında protokol tərtib etmiş X14: DİN-in BDYPİ-nin X12 YPX-in İnspektoru, polis baş serjantı X1 Xırdalan şəhər Vəkil Bürosunun vəkili Sədrlik edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 hüquqlarının müdafiəsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 təqdim edir. Sədrlik edənin s/c barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10: - Məhkəmədə hüquqlarımın vəkilim Vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili X11 oğlu tərəfindən müdafiə edilməsindən razıyam. Sədrlik edən protokolu elan edir və protokolu əsaslandırmağı təklif edir. DİN-in BDYPİ-nin X12 YPX-in İnspektoru, polis baş serjantı X14: - Hörmətli hakim, xx.xx.2026-cı il tarixdə, Bakı-Şamaxı yolunda Xaliq Hümbətov “Chevrolet” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə edilən hərəkətlər sosial şəbəkələrdə paylaşılmış və videogörüntülər əsasında onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin tərkibi olduğu aşkarlanmış və bu səbəbdən sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsi ilə tərəfimdən xx.xx.2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən protokolu tərtib edən şəxsə sualların olub-olmamasını soruşur. Sual olmadı. Sədrlik edən protokola dair fikrini bildirmək üçün barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə söz verir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X10: - Hörmətli hakim, mənə istinad olunan əməlin törədilməsində özümü tam təqsirli bilirəm, belə ki, digər maşınla yarışırdıq. Əməlimdən səmimi peşman olduğumu nəzərə alaraq barəmdə yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edirəm. Müdafiəçinin s/c barəsində xəta haqqında icraat aparılan şəxs X10: - Bəli, digər maşınla yarışırdıq. Sədrlik edən proses iştirakçılarından barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə sualların olub-olmamasını soruşur. Sual olmadı. Sədrlik edən protokola dair fikrini bildirmək üçün barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin müdafiəçisinə söz verir. Vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili X11 oğlu: -Möhtərəm hakim, hüquqlarını müdafiə etdiyim şəxsin əməlindən səmimi peşman olmasını, daha öncə analoji inzibati xətanı törətməməsini nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edirəm. Sədrlik edən proses iştirakçılarından barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin müdafiəçisinə sualların olub-olmamasını soruşur. Sual olmadı. Sədrlik edən iş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında proses iştirakçılarının fikrini soruşur. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda: Sübutların tədqiqinin yekunlaşdırılmasını məhkəmədən xahiş edirəm. Məhkəməyə təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra sədrlik edən proses iştirakçısına məhkəmənin məhkəmə çıxışlarına keçmək üçün hazır olduğunu bildirir, məhkəmənin qərar çıxardıqda yalnız məhkəmə araşdırması zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir və məhkəmə baxışının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutların işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərin olub-olmamasını ondan soruşur. Vəsatətlər olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə elan etməklə müşavirə otağına gedir, qayıdaraq qərarı elan edir, məzmununu, şikayət vermə qaydasını, müddətini, protokolla tanış olmaq müddətini və ona dair qeydlər vermək hüququnu izah etdi və məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclasının protokolu 30 yanvar 2026-cı il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar