Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-773/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İxtiyar qızının katibliyi ilə Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP ******* nömrəli, 26 fevral 2026-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 27610.00 ABŞ dolları məbləğindəki vəsait 01 fevral 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 02 il müddətində 276610.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 fevral 2026-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhləmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında göstərmişdir ki, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi üzrə "xxxx" MMC-nin təqsirinin olmadığını, protokol tərtib edilərkən inzibati araşdırılmanın aparılmadığını bildirərək qeyd etmişdir ki, əgər iş araşdırılsa idi müəyyən edilərdi ki, bu Zirat Bank tərəfindən verilmiş yanlış məlumat olmuşdur. Həmçinin gömük bəyannaməsindən də görünür ki, mallar ölkəyə idxal edilmişdir. Barəmizdə məhkəmədə inzibati protokoa baxılması barədə məlumatımız olduğu andan həmin banka müraciət edərək yanlışlığın aradan qaldırıldığına dair məktub alınmışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəməyə sənədlər təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmiş, lakin səlahiyyətli orqan tərəfindən elektron sistem vasitəsi ilə ünvanlanmış ərizəyə əsasən müəyyən edilmişdir ki, **********2656 saylı bəyannamədə müqavilə və invoys məlumatları iş materiallarındakı müqavilə və invoys məlumatları ilə eyniləşdiyindən malların idxal təsdiqini tapır, lakin ödəniş üsulu 120 yəni dəyəri ödənilməyən kimi rəsmləşdiyi üçün bank tərəfindən avans bağlanmışdır. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. "xxxx" ASC tərəfindən 01 fevral 2024-cü il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 27610.00 ABŞ dolları məbləğindəki vəsaiti xx.xx.2024-cü il tarixdə həmin bank vasitəsi ilə avans olaraq ölkə xaricinə köçürülmüşdür,
2. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına 04 fevral 2026cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarınln tələbi olaraq idxal olunan mal və ya xidmətlər üzrə qabaqcadan ödəniş aparıdığı gündən 02 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədlər Banka təqdim edilməmişdir;
3. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş 26 fevral 2026-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx"MMC 27610.00 ABŞ dolları məbləğində vəsaiti 22 dekabr 2023cü tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 27610.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır;
4. Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş məktuba əsasən müəyyən edilmişdir ki, **********2656 saylı bəyannamədə müqavilə və invoys məlumatları iş materiallarındakı müqavilə və invoys məlumatları ilə eyniləşdiyindən malların idxal təsdiqini tapır, lakin ödəniş üsulu 120 yəni dəyəri ödənilməyən kimi rəsmləşdiyi üçün bank tərəfindən avans bağlanmışdır.
Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş "xxxx" MMC barəsində ******* nömrəli, 26 fevral 2026-ci il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən müqavilə üzrə mallar ölkəyə idxal edilmiş, bu barədə gömrük bəyannaməsi təqdim edilmişdir. Bu səbəbdən məhkəmə, hazırkı iş üzrə MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin mövcud olmadığı qənaətinə gələrək, iş üzrə icraata xitam verilməsini doğru və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43 , 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Abusət Qasımov