Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-777/2026 06.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam şəhəri, X5 Küçəsi, ev 32 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 06 mart 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-2027 saylı, 14 avqust 2018-ci il tarixli və Abşeron rayon Məhkəməsinin 2(012)-2423/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra işləri üzrə icraat birləşdirilmiş, icra sənədlərinin icrası borcludan tələb edilmişdir. Lakin borclu heç bir üzürlü səbəb göstərmədən müxtəlif bəhanələrlə icra sənədi üzrə öhdəliyinin icrasından yayınmışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə icra şöbəsində olarkən ona bildiriş təqdim edilmiş, o, apelyasiya şikayəti verəcəyini bildirməklə vaxt istəmişdir. Sonradan çağırışlara gəlməkdən imtina etmiş, öhdəliyin icrasından yayınmışdır. Belə olan halda barəsində axtarış verilmiş, hazırda şöbəyə axtarış nəticəsində təmin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək, apelyasiya şikayəti vermək niyyətinin olduğunu, lakin sonradan övladının xəstəliyi ilə bağlı başının qarışdığını bildirərək vaxtında şikayət verə bilməmişdir. 10 gün müddət verilərsə tələbkarla razılıq əldə edəcəyini və borcu ödəyəcəyini bildirməklə nəzərə aınmasını xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs şikayətçi olmasını bildirərək pulun verilməsinindən 10 ildən artıq müddət keçdiyini, məcburi köçkünlər üçün ev növbəsinə yazdıracağına dair aldatma nəticəsində vəsaiti aldığını və bu günə qədər dəfələrlə qaytarmağa söz versə də sözünə əməl etmədiyini bildirmiş, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Ağdam rayon Məhkəməsinin 2(013)-2027/2018 saylı, 14 avqust 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 5200 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X3 verilməlidir.
2. Abşeron rayon Məhkəməsinin 2(012)-2423/2025 saylı, 25 iyun 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 48000 manat və 20000 ABŞ dolları ödəniş gününə məzənnə nəzərə alınmaqla tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra sənədlərinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəxs icra qeydi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Borclu ödənişlərin həyata keçirilməməsini maddi imkanlarının yetərli olmaması və digər hallarla əsaslandırsa da, məhkəmə bunları icra sənədinin üzrsüz icra edilməməsi faktını aradan qaldıran səbəb kimi qəbul etmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, uzun müddət keçməsi, icra şöbəsinə gəlməkdən yayınması, bu öhdəliyin yerinə yetirilməməsi ilə bağlı üzrlü səbəblər öz təsdiqini tapdığından, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəuyğun hesab edilmədiyi üçün sonuncuya həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 06 mart 2026-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov