Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-846/2026 12.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İxtiyar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi, X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Tovuz rayonu, İbrahim Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, İbrahim Hacılı ərazi dairəsi, İbrahim Hacılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, Mütəllim Məhərrəmov izahatında göstərdi ki,Abşeron RPİ-nin TŞ-dən daxil olmuş materiallar araşdırılarkən müəyyən eedilmişdir ki, Şəxs sosial şəbəkə vasitəsi ilə tanımadığı insanlarla əlaqə yaradaraq kredit düzəldəcəyi barədə vəd verib 06.11. 2025-cı il tarixdə Zərərçəkmiş şəxs2 400 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 08 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs10 Natiq oğlunun 306 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 14 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs4 130 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa kredit düzəldəcəyi barədə vəd verib 16 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs1 490 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 26 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs9 168 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 08 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs12 300 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 08 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs7 155 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 09 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs6 280 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 09 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs11 316 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 24 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs8 120 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 28 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs13 111 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 02 fevral 2026-cı il tarixdə Zərərçəkmiş şəxs3 200 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa o, kredit düzəldəcəyi barədə vəd verib 03 fevral 2026-cı il tarixdə Zərərçəkmiş şəxs5 135 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 227 ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Elnarə Bünyatova törətdiyi inzibati xətada özünü təqsirli bilmiş, zərəri qaytaracağı barədə zərərçəkmiş şəxslərin bəziləri ilə razılığa gəldiyini və həmin şəxslərin şikayət və tələbinin olmadığını bildirmiş, əməlindən peşman olduğunu, əvvəllər restoran və kafelərdə xidmətçi kimi işlədiyini işini itirdikdən sonra belə bir üsula əl atdığını qeyd etməklə, bir daha belə əməllərə yol verməyəcəyinə dair söz verdiyini göstərməkllə nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 26 dekabr 2025-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
2. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 16 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs1 490 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
3. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 27 dekabr 2025-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
4. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 06.11. 2025-cı il tarixdə Zərərçəkmiş şəxs2 400 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdır;
5. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 12 fevral 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
6. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 16 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs3 200 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
7. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 24 dekabr 2025-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
8. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 24 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs4 130 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
9. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 13 fevral 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
10. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 03 fevral 2026-cı il tarixdə Zərərçəkmiş şəxs5 135 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdır;
11. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
12. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 09 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs6 280 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
13. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
14. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 08 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs7 155 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
15. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 03 fevral 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
16. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 24 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs8 120 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdır;
17. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 31 dekabr 2025-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
18. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 26 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs9 168 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
19. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 18 dekabr 2025-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 Natiq oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİnin İTŞ-nə göndərilmişdir;
20. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 08 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs10 Natiq oğlunun 306 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
21. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
22. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 09 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs11 316 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdır;
23. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 16 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
24. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 08 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs12 300 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir;
25. “Cinayət işinin başlanmasının rədd olunması” barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talama növündə inzibati xətanı törətmiş Bünyatova Elnarə Anar qızı barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
26. “İnzibati xəta haqqında” tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN № ******* protokoldan görünür ki, Bünyatova Elnarə Anar qızı kredit düzəldəcəyi barədə vəd verib 28 dekabr 2025-cı il tarixdə Zərərçəkmiş şəxs13 111 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir.
Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Bünyatova Elnarə Anar qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddəsinə əsasən Bünyatova Elnarə Anar qızının qismən ödənişlər etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır; 33-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən Bünyatova Elnarə Anar qızının əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə Elnarə Bünyatova barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Bünyatova Elnarə Anar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Bünyatova Elnarə Anar qızının üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati tənbeh tədbirinin əvvəli Bünyatova Elnarə Anar qızının ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov