Məhkəmə qərarları › İş №3(5-105)-920/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-920/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-920/2026 17.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Teymur-X2 Şəxs barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Abşeron RPİ-nin DYPŞ tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Abşeron RPİ-nin DYPŞ-nin inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət yalnız o vaxt yaranır ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimə növündə inzibati tənbeh icra edilməsin. Aydın olur ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə məsuliyyət yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət axımının başlanğıcı inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündür. Müvafiq qərar isə şəxsə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Məhkəmə bildirir ki, məhkəməyə təqdim olunmuş materiallarda Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə protokolun tərtib olunmasına əsas verən ilkin inzibati tənbeh tətbiq etmə haqqında qərarın şəxsə nə vaxt təqdim edildiyini və ya onun bu qərardan nə vaxt xəbərdar olduğunu təsdiq edən hər hansı sübut (bildiriş, poçt qəbzi, imza və s.) mövcud deyildir. Bu isə məhkəmə tərəfindən inzibati məsuliyyətin yaranması üçün qanunla nəzərdə tutulmuş müddətlərin həqiqətən keçib-keçmədiyinin müəyyən edilməsi və ehtimal olunan inzibati xətanın törədilib-törədilməməsi məsələsinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi imkanını istisna edir. Bundan başqa məhkəmə qeyd edir ki, ehtimal edilsə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol (xx.xx.2025-ci il) qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməklə tərtib olunmuşdur, bu o qənaətə gəlməyə imkan verir ki, xətanın törədildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş 4 (dörd) aylıq müddət keçdiyindən şəxsin inzibati məsuliyyətə cəlb müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmamaqla natamam olduğuna və qeyd olunanların işə mahiyyəti üzrə baxılmasını istisna etdiyindən inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Abşeron RPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş materiallar Abşeron RPİ-yə geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrarən müraciət etmək olar. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar