Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(5-105)-94/2026 14.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 14 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqlnda protokola görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1182/2022 saylı, 28 fevral 2022-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(004)-1071 /2018 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh Şəxs 22 iyul 2015- ci il təvəllüdlü X4 və 22 aprel 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir. Borclu icra sənədində göstərilən tələbi mütəmadi olaraq üzürlü səbəblər olmadan icra etməmiş, beləliklə onun ödənilməmiş aliment borcu yaranmış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. X1 məhkəməyə ərizə təqdim edərək Şəxs ilə aralarında razılığa gəldiklərini bildirərək protokola mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Vəsatəti nəzərə alaraq hesab edirəm ki, zərərçəkmiş şəxsin ərizəsi təmin edilməli, porotokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib edən quruma geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş 14 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(5-105)-94/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(5-105)-94/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver