Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-952/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 16 mart 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin e-2(013)-2427/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Şəxs və X1 - Qızıl-zinət əşyaları - 1. komplekt (sırğa,üzük) - 1 dəst, 750 əyyar, 7 qr ( 1 qr 160 AZN) 1120 manat, 2. komplekt (boyunbağ, qolbağ, klon) - 1 ədəd , 583 əyyar, 30 qr ( 1 qr 110 AZN) 3300 manat, 3. qolbağ - 1 ədəd , 585 əyyar, 10 qr ( 1 qr 110 AZN) 1100 manat, cəmi qızıl-zinət əşyaları və ya dəyəri olaraq 5520 manat, Cehiz əşyaları - 1. yataq dəsti (taxt, çarpayı, tumbuçka, termo, şifoner) - 2000 manat, 2. sandıq 1 ədəd 100 manat, 3. döşək (matrası) 1 ədəd 200 manat, 4. xalça 1 ədəd (3m*5m) 240 manat, 5. yataq örtüyü 1 dəst (yastıq və pərdə) 400 manat, 6. soyuducu 1 ədəd 800 manat. 7. qaz - Aspirator 1 ədəd 300 manat, 8. qonaq dəsti - 1 dəst (çaynı abedni servis) 300 manat, 9. qazan - dəsti 1 dəst (beşlik) 250 manat, 10. tava - dəsti 1 dəst (beşli) 120 manat, 11. bagema (göy rəngli) kubok gül qabı - 2 ədəd (1 ədədi 100 AZN) 200 manat, 11. çaydan çaynik 1 dəst (nejavika) 70 manat, 12. qaşıq - bıçaq - çəngəl dəsti 1 dəst (12 nəfərlik) 70 manat. 13 mətbəx üçün, böyük - qaşıq dəsti 1 dəst 20 manat, 14. mətbəx üçün - bıçaq dəsti, 1 dəst 50 manat, 15. meyve - çərəz qabı dəsti 1 dəst 50 manat, 16. tabla (padnos) - dəsti, 1 dəst 50 manat, 17. "Eurolux" markalı mikser (5i) 1 ədəd 150 manat, 18. villur süfrə 1 ədəd 60 manat, 19. pastel dəsti 3 dəst ( 1 dəsti 60 AZN) 180 manat, 20. can dəsmalı 4 ədəd (1 ədədi 15 AZN) 60 manat, 21. əl dəsmalı 6 ədəd (1 ədədi 8 AZN) 48 manat. 22. yemək saxlama qabı 1 ədəd 18 manat, 23. tuj qazan 1 ədəd 15 manat, 24. fen 1 ədəd 45 manat, 25. bakal 6 ədəd (1 ədədi 5 AZN) 30 manat, 26. qoşa döşək 1 ədəd 120 manat, 27. qoşa yorğan 1 ədəd 100 manat, 28. tək - döşək 1 ədəd 80 manat, 29. mütəkkə - 2 ədəd (1 ədədi 15 AZN) 30 manat, 30. yastıq - 4 ədəd ( 1 ədədi 40 AZN) 160 manat, 31. taxt örtüyü 1 dəst 40 manat, 32. çıraq 1 ədəd 15 manat, cəmi cehiz əşyalarının dəyəri olaraq 6371 manat, cehiz və qızıl əşyalarının ümumilikdə özləri və ya dəyərləri olan 11.891 /on bir min səkkiz yüz doxsan bir/ manat, mediasiya xərci kimi ödənilmiş 60 /altmış və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 325 /üç yüz iyirmi beş/ manat tutularaq Nəsirova (Hüseynova) Türkay Vəli qızına verilməsi, dövlət rüsumu kimi ödənilməli olan 177 /bir yüz yetmiş yeddi/ manat pulun cavabdehlər Şəxs və X1 tutulub dövlət nəfinə verilməsi, tələbin qalan hissəsi təmin edilməməsi müəyyən edilmişdir. Qeyd olunan icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 24 noyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra həmin icra sənədi üzrə borc məbləği ödənilən günədək Abşeron rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs tərəfindən hazırki icra vərəqəsi üzrə bugünədək 400 manat ödəniş edilsə də hazırda sonuncunun 5695 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, bildirdi ki, o, hazırkı icra qeydi üzrə ödənişlərin vaxtında həyata keçirilməməsinin səbəbini maddi vəziyyətinin çətinləşməsi ilə izah edir. Bildirir ki, borclu olduğu icra sənədi üzrə bu günədək müəyyən ödənişlər etsə də, lakin hazırda ödəniş etməkdə çətinlik çəkir. Ona vaxt verilərsə sabahadək 600-700 manat ödəniş etməyə çalışacaqdır. Qalan borcun isə qısa müddət ərzində hissə-hissə ödəyəcəyinə kğməklik göstərilməsini xahiş edərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Ağdam rayon Məhkəməsinin e-2(013)-2427/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Şəxs və X1 - Qızılzinət əşyaları - 1. komplekt (sırğa,üzük) - 1 dəst, 750 əyyar, 7 qr ( 1 qr 160 AZN) 1120 manat, 2. komplekt (boyunbağ, qolbağ, klon) - 1 ədəd , 583 əyyar, 30 qr ( 1 qr 110 AZN) 3300 manat, 3. qolbağ - 1 ədəd , 585 əyyar, 10 qr ( 1 qr 110 AZN) 1100 manat, cəmi qızıl-zinət əşyaları və ya dəyəri olaraq 5520 manat, Cehiz əşyaları - 1. yataq dəsti (taxt, çarpayı, tumbuçka, termo, şifoner) - 2000 manat, 2. sandıq 1 ədəd 100 manat, 3. döşək (matrası) 1 ədəd 200 manat, 4. xalça 1 ədəd (3m*5m) 240 manat, 5. yataq örtüyü 1 dəst (yastıq və pərdə) 400 manat, 6. soyuducu 1 ədəd 800 manat. 7. qaz - Aspirator 1 ədəd 300 manat, 8. qonaq dəsti - 1 dəst (çaynı abedni servis) 300 manat, 9. qazan - dəsti 1 dəst (beşlik) 250 manat, 10. tava - dəsti 1 dəst (beşli) 120 manat, 11. bagema (göy rəngli) kubok gül qabı - 2 ədəd (1 ədədi 100 AZN) 200 manat, 11. çaydan çaynik 1 dəst (nejavika) 70 manat, 12. qaşıq - bıçaq - çəngəl dəsti 1 dəst (12 nəfərlik) 70 manat. 13 mətbəx üçün, böyük - qaşıq dəsti 1 dəst 20 manat, 14. mətbəx üçün bıçaq dəsti, 1 dəst 50 manat, 15. meyve - çərəz qabı dəsti 1 dəst 50 manat, 16. tabla (padnos) - dəsti, 1 dəst 50 manat, 17. "Eurolux" markalı mikser (5i) 1 ədəd 150 manat, 18. villur süfrə 1 ədəd 60 manat, 19. pastel dəsti 3 dəst ( 1 dəsti 60 AZN) 180 manat, 20. can dəsmalı 4 ədəd (1 ədədi 15 AZN) 60 manat, 21. əl dəsmalı 6 ədəd (1 ədədi 8 AZN) 48 manat. 22. yemək saxlama qabı 1 ədəd 18 manat, 23. tuj qazan 1 ədəd 15 manat, 24. fen 1 ədəd 45 manat, 25. bakal 6 ədəd (1 ədədi 5 AZN) 30 manat, 26. qoşa döşək 1 ədəd 120 manat, 27. qoşa yorğan 1 ədəd 100 manat, 28. tək - döşək 1 ədəd 80 manat, 29. mütəkkə - 2 ədəd (1 ədədi 15 AZN) 30 manat, 30. yastıq - 4 ədəd ( 1 ədədi 40 AZN) 160 manat, 31. taxt örtüyü 1 dəst 40 manat, 32. çıraq 1 ədəd 15 manat, cəmi cehiz əşyalarının dəyəri olaraq 6371 manat, cehiz və qızıl əşyalarının ümumilikdə özləri və ya dəyərləri olan 11.891 /on bir min səkkiz yüz doxsan bir/ manat, mediasiya xərci kimi ödənilmiş 60 /altmış və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 325 /üç yüz iyirmi beş/ manat tutularaq Nəsirova (Hüseynova) Türkay Vəli qızına verilməsi, dövlət rüsumu kimi ödənilməli olan 177 /bir yüz yetmiş yeddi/ manat pulun cavabdehlər Şəxs və X1 tutulub dövlət nəfinə verilməsi, tələbin qalan hissəsi təmin edilməməsi müəyyən edilmişdir;
2. Ağdam rayon Məhkəməsinin e-2(013)-2427/2025 saylı, 28 avqust 2025-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 24 noyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Ağdam rayon Məhkəməsinin e-2(013)-2427/2025 saylı, 28 avqust 2025-ci il tarixli icra sənədi üzrə borc məbləği ödənilən günədək Abşeron rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra sənədinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəxs icra qeydi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Borclu ödənişlərin həyata keçirilməməsini maddi imkanlarının yetərli olmaması və digər hallarla əsaslandırsa da, məhkəmə bunları icra sənədinin üzrsüz icra edilməməsi faktını aradan qaldıran səbəb kimi qəbul etmir. Eyni zamanda, borclunun məhkəmə iclasında 1500 (bir min beş yüz) manat məbləğində ödəniş etməsi və qalan borcun hissə-hissə ödənilməsinə dair verdiyi söz onun gələcəkdə öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov