Məhkəmə qərarları › İş №3(5-106)-161/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-106)-161/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(5-106)-161/2026 05.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Musayev Şahəli Calal oğlu, X2 barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, EQ 33969839 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsinə, inzibati məhsuliyyətə cəlb edilməyi barədə qəbul edilmiş qərar qüvvədən düşmüş hesab edilmsi, barəsində tətbiq edilmiş 2 (iki) cərimə balı və cərimə məbləği tam şəkildə ləğv edilməsinə dair X1 şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, EQ 33969839 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsinə, inzibati məhsuliyyətə cəlb edilməyi barədə qəbul edilmiş qərar qüvvədən düşmüş hesab edilmsi, barəsində tətbiq edilmiş 2 (iki) cərimə balı və cərimə məbləği tam şəkildə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. İnzibati xəta haqqında protokol isə inzibati tənbeh vermə haqqında qərarı əvəz etmədiyindən inzibati xətalar qanunvericiliyində ondan şikayət vermək qaydası nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 hüquqi marağına uyğun olaraq barəsində tətbiq edilmiş 2 (iki) cərimə balı və cərimə məbləği tam şəkildə ləğv edilməsi bu halda mümkün ola bilər ki, xx.xx.2026-ci il tarixli, EQ 33969839 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, EQ 33969839 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsini, inzibati məhsuliyyətə cəlb edilməyi barədə qəbul edilmiş qərar qüvvədən düşmüş hesab edilmsi, barəsində tətbiq edilmiş 2 (iki) cərimə balı və cərimə məbləği tam şəkildə ləğv edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayət və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərarı əldə edib qanunla müəyyən edilmiş qaydada qərardan şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, EQ 33969839 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilərək ləğv edilməsinə, inzibati məhsuliyyətə cəlb edilməyi barədə qəbul edilmiş qərar qüvvədən düşmüş hesab edilmsi, barəsində tətbiq edilmiş 2 (iki) cərimə balı və cərimə məbləği tam şəkildə ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, müvafiq qərarı mübahisələndirmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar