Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(5-106)-162/2026 05.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi rayon Məhkəməsinin hakimi Musayev Şahəli Calal oğlu, xx.xx.2025-ci il tarixli 29745088 nömrəli, xx.xx.2025-ci il tarixli 31439611 nömrəli, xx.xx.2025-ci il tarixli 31857397 nömrəli və xx.xx.2025-ci il tarixli 31898383 nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsinə dair X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 29745088 nömrəli, xx.xx.2025-ci il tarixli 31439611 nömrəli, xx.xx.2025-ci il tarixli 31857397 nömrəli və xx.xx.2025-ci il tarixli 31898383 nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. İnzibati xəta haqqında protokol isə inzibati tənbeh vermə haqqında qərarı əvəz etmədiyindən inzibati xətalar qanunvericiliyində ondan şikayət vermək qaydası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayət və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Bundan başqa məhkəmə qeyd edir ki, barəsindən inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci il tarixdə tərtib edilmiş protokolları məhkəmədə mübahisələndirir. Nəzərə alsaq ki, şikayət verən şəxs qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayət verdiyi halda qanunvericilikdə nəzərədə tutulmuş müddətlərə riayət edilməklə verilməli və ya müddətin üzürlü səbəbdən ötürülməsi barədə əsaslandırılmış vəsatət verilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, şikayət geri qaytarılmalı,şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərarı əldə edib qanunla müəyyən edilmiş qaydada qərardan şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 xx.xx.2025-ci il tarixli 29745088 nömrəli, xx.xx.2025-ci il tarixli 31439611 nömrəli, xx.xx.2025-ci il tarixli 31857397 nömrəli və xx.xx.2025-ci il tarixli 31898383 nömrəli inzibati tənbeh vermə haqqında protokolların ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, müvafiq qərarları mübahisələndirmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №3(5-106)-162/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-106)-162/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver