Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-27/2026 06.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq, məhkəmə Müəyyənetdi: X3 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə qərar tərtib edilmişdir ondan ötrü ki, o, hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmasını təmin etməmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəni müdafiə edərək bildirdi ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Guya o, hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmasını təmin etməmişdir. Lakin o, həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, onun sığorta müqaviləsi bağlanmalı olması barədə məlumatı olmamışdır. Bu barədə ona nə yazılı, nə də şifahi qaydada heç bir məlumat verilməmişdir. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta törətməsinə baxmayaraq onun izahatı alınmamış, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Həmçinin şikayətçi bildirmişdir ki, sonradan icbari sığorta müqaviləsi bağlamışdır, cəriməni ödəmək imkanı yoxdur, məbləğ 500 manatadək olsaydı, ödəyərdi və şikayət verməzdi. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 23 dekabr 2025-ci il tarixli, 3-17-5/2-120600/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, "xxxx" MMC hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilmədiyindən "xxxx" MMC-nin rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. İş materiallarında olan 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmasını təmin etmədiyi üçün 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X3 hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmasını təmin etməmişdir. Bu səbəbdən də inzibati xətanın törədilməsi müəyyən olunmuş, 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməklə, o, cərimə növündə inzibati tənbeh edilmişdir. Məhkəmə X1 şikayətinin dəlili kimi istinad etdiyi- onun sığorta müqaviləsinin bağlanmalı olmasından məlumatının olmaması, bu barədə ona yazılı və ya şifahi qaydada bildiriş və ya xəbərdarlığın verilməməsinə dair dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Konstitusiyanın həmin maddəsinin 2-ci hissəsinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın həmin maddəsinin 3-cü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 23 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nəriman Alməmmədov
Məhkəmə qərarları › İş №3(5-106)-27/2026
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-27/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver