Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-28/2026 06.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Şikayət vermiş şəxs X4, Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X10 oğlunun iştirakı ilə, Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X3 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X8 şikayətlə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X8 izahatında göstərdi ki, o, guya ara məsafəsi qaydalarını pozmuş və 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin o, həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, həmin qərar 01 yanvar 2026-cı il tarixdə tərtib edilmiş protokola əsaslanmışdır. Lakin həmin protokol iş materiallarına əlavə edilməmişdir. Həmçinin 01 yanvar 2026-cı il tarixdə saat 15:00 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində etibarnamə ilə idarə etdiyi “Hyundai Getz minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qaydalara uyğun şəkildə ötmə əməliyyatı həyata keçirib ötdüyü avtomobilin tam bərabərinə çatıb onu keçdiyi vəziyyətdə olarkən ondan sağda hərəkətdə olan “Kia” markalı, K434PE161 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə işıqlarını yandırmadan və ara məsafəsi gözləmədən ani olaraq dönmə əməliyyatını həyata keçirmiş və nəticədə onun idarə etdiyi avtomobilin düz ortasından vurub ona zərər vurmuşdur. Hadisə anı Kia markalı avtomobildə quraşdırılmış kamera ilə qeydə alınmışdır. O, həmin görüntüləri tələb etsə də, bunun nəticəsi olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsini və polis kapitanı X7 tərəfindən qəbul edilmiş 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X1 təqdim edərək, izahatında göstərdi ki, X8 barəsində 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərar onun tərəfindən qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə səbəb X4 01 yanvar 2026-cı il tarixdə saat 15:00 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində etibarnamə ilə idarə etdiyi “Hyundai Getz minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatını düzgün etməməsi olmuşdur. Həmin vaxt X8 qayda pozmadığını bildirərək videogörüntülərə baxmaq istəmiş, Nihat Səfiyevə videogörüntülərə yalnız polis şöbəsində baxa biləcəyi bildirilsə də, Nihat bununla razılaşmamışdır. Həmçinin sürücüyə qərardan narazı qaldığı halda məhkəməyə şikayət etmə hüququ da izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçi X6 və Ağcabədi Rayon Polis Şönbəsinin DYPB-nin baş inspektoru X5 dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş 02 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 01 yanvar 2026-cı il tarixdə saat 15:00 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində “Hyundai Getz minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X4 təqsiri 02 yanvar 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla və işin digər materialları ilə öz təsdiqini tapmışdır. X4 şikayət ərizəsində göstərdiyi hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas ola bilməz. Eyni zamanda Ağcabədi Rayon Polis Şöbəsinin DYPB tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər və hadisənin baş vermə anını əks etdirən 1 ədəd CD disk məhkəmə iclasında müzakirə olunaraq, araşdırılmışdır. Şikayətçi tərəfindən doğruluğu təsdiq olunmuş həmin videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Bir daha həmin videogörüntüdən X4 qərarda göstərilən inzibati xətanı törətməsi, yəni hərəkətdə olarkən ötmə əməliyyatını düzgün etməməsi öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ağcabədi Rayon Polis Şöbəsinin DYPBnin 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün X4 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X7 tərəfindən qəbul edilmiş 02 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nəriman Alməmmədov
Məhkəmə qərarları › İş №3(5-106)-28/2026
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-28/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver