Məhkəmə qərarları › İş №3(5-106)-29/2026

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-29/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-29/2026 06.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, Bakı şəhəri DYPİ-nin 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri DYPİ-nin 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək, 24 dekabr 2025-ci il tarixdə 80 manat məbləğində cərimə və 2 ballıq inzibati cərimə tətbiq olunmuş, həmin gün avtomobili (Opel Astra markalı **-FF-*** dövlət qeydiyyat nişanlı) Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində texniki nasazlıq səbəbindən dayanmışdır. Belə ki, avtomobilin mühərriki sönmüş, hərəkət qabiliyyəti olmamış və o evakuator çağırmış, tıxac səbəbindən evakuator bir neçə saat gecikmiş və bu müddət ərzində avtomobil yolun kənarında dayanmış vəziyyətdə olmuşdur. Bakı şəhəri DYPİ tərəfindən 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri DYPİ-nə və inzibati qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Bakı şəhər DYPİ-nin nümayəndəsi və şikayət vermiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin mədaxil qəbzinin surətindən görünür ki, Opel Astra markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator xidmətindən istifadə etmiş, lakin həmin qəbzin tarixi dəyişdirilərək 24 dekabr edilmişdir. Həmçinin qəbzdə **-FF-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobilin evakuator xidmətindən istifadə etdikdə hansı istiqamətdə daşınması ilə bağlı heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə X2 dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X1 təqsiri Bakı şəhəri DYPİ-nin 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərarında öz təsdiqini tapmışdır. X4 şikayət ərizəsində göstərdiyi hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas ola bilməz. Bundan başqa, X4 avtomobilin mühərriki sönmüş, hərəkət qabiliyyəti olmamış və o, evakuator çağırmış, tıxac səbəbindən evakuator bir neçə saat gecikmiş və bu müddət ərzində avtomobil yolun kənarında dayanmış vəziyyətdə olmasını göstərsə də, həmin vaxt o, heç bir yol nişanından istifadə etməmiş və bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Buradan da görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhər DYPİ-nin 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğu üçün X1 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 Bakı şəhəri DYPİ-nin 25 dekabr 2025-ci il tarixli EQ 32875769 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar