Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-305/2026 19.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclsının katibi X2, Protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 mart 2026-cı il tarixli, MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:40 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi X8 məhkəməyə hadisə vaxtını əks etdirən SD disk təqdim edərək, protokolu müdafiə etdiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:40 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, inzibati işinə düzgün baxılmayıb, protokoldan narazıdır, göstərilən inzibati xətanı törətməmişdir. Oraya sabitlik yaratmaq üçün getmişdir. Polisə müqavimət göstərməmişdir. Protokola əlavə edilmiş video görüntü hadisə baş verdiyi anı əks etdirir. Görüntüdə olan şəxs onun özüdür. Xəstə ailə üzvünün olmasını və onun həmin şəxsə qulluq etməsini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, Şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Hadisə onun qonşuluğunda baş vermişdir. xx.xx.2026-cı il tarixdə saat 22:40 radələrində küçədən səs-küy eşitmiş və çölə çıxarkən hadisəni görmüşdür. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, Şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Hadisə onun qonşuluğunda baş vermişdir. Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:40 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə araşdırması zamanı SD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:40 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Protokola əlavə olunmuş X4 Ağcabədi Rayon Polis İdrəsində verdiyi izahatdan görünür ki, Elnarə adlı qadın öz ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. xx.xx.2026-cı il tarixdə saat 22 radələrində Elnarə adlı qadının yaşadığı ünvanın qarşısında bir sıra insanın toplaşdığını görmüş və həmin yerə yaxınlaşmışdır. Ora yaxınlaşan zaman Sənan və Şakir adlı qiyabi tanıdığı şəxslərin ucadan nalayiq ifadələr işlədərək ətrafda olan insanların narahatlığına səbəb olmalarını görmüşdür. Daha sonra həmin yerə polis əməkdaşları yaxınlaşmışdır. Lakin həmin şəxslərin polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadıqlarını görmüşdür. Protokola əlavə olunmuş X7 Ağcabədi Rayon Polis İdrəsində verdiyi izahatdan görünür ki, o, Ağcabədi şəhəri Ə.Bünyadov küçəsində yaşayır. Elnarə adlı qadın öz ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. xx.xx.2026-cı il tarixdə saat 22 radələrində kiminsə ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həyətə çıxan zaman həmin şəxslərin Elnarənin kürəkəni olan Sənan və onun yoldaşı olan Şakirin olduğunu görmüşdür. O, hər ikisinə təhqir etməmələri barədə xəbərdarlıq etsə də, ona məhəl qoymamışlar. Daha sonra həmin yerə polis əməkdaşları yaxınlaşmışdır. Lakin həmin şəxslərin polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadıqlarını görmüşdür. Protokola əlavə olunmuş X1 Ağcabədi Rayon Polis İdrəsində verdiyi izahatdan görünür ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yaşayır. Şakir onun keçmiş həyat yoldaşıdır. Lakin onunla 2023-cü ildən boşanmışlar. Birgə nikahdan 3 uşaqları vardır. Boşanmalarına baxmayaraq Şakir hər gün onu narahat edir. Onu nalayiq sözlərlə təhqir edib hədə-qorxu gəlir. xx.xx.2026-cı il tarixdə Şakir onun kirayə yaşadığı evə gələrək yeyib içdikdən sonra onunla mübahisə etmişdir. Mübahisə zamanı Şakir ona hücum edərək nalayiq söyüşlər söymüşdür. Hətta qızı da bunu görüb huşunu itirmişdir. Səs-küyə qonşular küçəyə yığışmışlar. Bir neçə dəqiqədən sonra kürəkəni Sənan da içkili vəziyyətdə oraya gəlmişdir. Sənan gəldikdən sonra mübahisə böyümüş və o mübahisənin böyüdüyünü görərək polisə zəng etmişdir. Polis əməkdaşları şikayət əsasında ünvana gəlmiş Sənan və Şakir aqressiv hərəkətlər edərək uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə aparmışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilməsi, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Materiala əlavə edilmiş 18 mart 2026-cı il tarixli protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətalara görə 18 mart 2026-cı il tarixdə saat 23:30-da tutulmuşdur. Ona görə də inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18 mart 2026-cı il tarixdən saat 23:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nəriman Alməmmədov
Məhkəmə qərarları › İş №3(5-106)-305/2026
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-305/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver