Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-46/2026 25.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı qərarı ilə 2000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Belə ki, restoranı uzun müddətdir işlətməyinə baxmayaraq bəzi yenidənqurma işləri aparmışdır. Otaqlar təmir edilmiş, mətbəx bina hissədən kənara çıxarılmışdır. Havalandırma probleminin həlli, həmçinin keyfiyyətli xidmətin təşkili məqsədi ilə mətbəx bina hissədən kənarda inşa edilmişdir. Bu təmir işləri yeni yekunlaşmış, bu səbəbdən bəzi əlavələr etməyə ehtiyac var. Bunlardan biri də tüstü bacasına təmizləyici qurğunun qoyulmamasıdır. 20 avqust 2024-cü il tarixdə idarənin əməkdaşları restorana gəlmişlər. Onlar gələn zaman yoxlama məqsədi ilə gəldiklərini bildirməmiş, yoxlama aparılması üçün tələb olunan hər hansısa bir rəsmi sənəd təqdim etməmişlər. Onlar gəldikdən sonra gözəyarı baxış keçirtməklə inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. İdarənin əməkdaşları onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməyəcəyini bildimişlər. Lakin buna baxmayaraq tənbeh vermə haqqında qərar qəbul edilmiş və o 2000 manat cərimə edilmişdir. İdarənin əməkdaşları tərəfindən rəsmi olaraq yoxlamanın aparılması barədə ona hər hansı sənəd təqdim edilməmişdir. Əlavə olaraq qeyd edir ki, tüstü bacasında qaz-toz tutucu təmizləyici olmamasına görə cərimə yazmışlar. Lakin həmin vaxt qeyd edilən manqal heç işləməmişdir. Belə ki, restoranda içəri hissədə öncədən olan manqal işləmişdir, yeni manqal hələ işləməmişdir. Bu halları nəzərə almadan ona cərimə yazmışlar. Hazırda restoranda iki manqal mövcuddur və işlək vəziyyətdə olan əvvəldən mövcud olandır. Bütün bu kimi halları nəzərə alaraq Hesab edir ki, ona qarşı tərtib edilmiş protokol və qərar qanunsuz qəbul edilmiş və hüquqları kobud surətdə pozulmuşdur. Belə olduğu təqdirdə hüquqlarının kobud surətdə pozulmasını nəzərə alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 sayll Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət verən şəxs X5 və qərarı qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən tərtib edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il AKT: Abşeron rayonu, Şəfiqə Əfəndizadə 75 ünvanında İdarənin xx.xx.2024-cü il tarixli 095 saylı sərancamına əsasən xidməti ərazidə Azərbaycan Respublikasının X8 haqqında Atmosfer havasının mühafizəsi haqqında və X8 sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərinə riayət olunması ilə bağlı manitorinq keçirildi. Manitorinq zamanı ünvan 2 ünvanında fəaliyyət göstərən “Şamlıq” restoranında atmosfer havasına atılan zəhərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində saxlanılması üçün qaz-toztutucu qurğunun quraşdırılmadığı müəyyən edildi. Araşdırma müddətində “Şamlıq” restoranın rəhbəri X5 yazılı izahat verərək restoranın manqalının tüstü bacasında qaz-toztutucu qurğunun texniki səbəbdən xarab olduğu üçün sökülüb təmirə verildiyi və hal-hazırda qurğusuz fəaliyyət göstərdiyini bildirdi. X1 tərəfindən Azərbaycan Republikasının “X8 haqqında Qanununun 14 və 27-ci maddələrinin tələbləri pozulmuşdur. Akta “Şamlıq” restoranının rəhbəri X2 izahatı şəxsiyyət vəsiqəsinin surəti, VÖEN-nin surəti və fotoşəkillər əlavə olunur. Akt iki nüsxədə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokoldan müəyyən edilir ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “Şamlıq” restoranında tüstü bacasında təmizləyici qurğu olmadığına görə X5 AR İXM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli 86163 saylı akt ilə təsdiq edilir. X3 iştirak etmədiyi qeyd edilmişdir. Digər sıralarda X3 imtina etdiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş ünvan 4 ünvanında fəaliyyət göstərən “Şamlıq” restoranının tüstü bacasında təmizləyici qurğunun olmaması faktı ilə əlaqədar barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barənizdə olan inzibati xəta ilə bağlı işə xx.xx.2024-cü il tarixində saat 11:30-da Ekologiya və Təbii Sərvətlər İdarəsi Nazirliyinin 4 saylı Regional və Təbii Sərvətlər İdarəsində baxılacaqdır. İnzibati işə baxılması zamanı şəxsən itirak etməyiniz və ya səlahiyyətli nümayəndənizin (vəkalətnamə ilə birgə) iştirakını təmin etməyiniz xahiş olunur. Əks halda inzibati xəta haqqında işə iştirakınız olmadan baxılacaqdır. Qoşma: xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol. xx.xx.2024-cü il tarixli Qərarın surətindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən tərtib edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Quba yolu, Ekologiya postunun yanı, Şamlıq restoranının sahibi X4 ünvanlanmış bildirişin surətində qeyd edilmişdir ki, barənizdə qəbul edilmiş 4 sayl Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarı icra olunmaq üçün Sizə göndərilir. Cərimə məbləği “X8 üzrə Dövlət Fondu”na VÖEN **********, H/H: AZ 10 CTRE **********002196603, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFTBİKCTREAZ 22, xüsusi ödənilməlidir. Bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesblanır. Həmçinin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə cərimə qanunla müəyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Qoşma: 2 vərəq, 20 avqust 2024-cü il tarixli, MN ******* saylı qərar. Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin məhkəməyə ünvanladığı sorğuya cavab məktubundan müəyyən edilir ki, borclu X5 barəsində icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edilmiş həmçinin xx.xx.2026-cı il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2026-cı il tarixdə borclunun daşınar əmlakının axtarılması barədə qərar qəbul edilmiş və AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Elektorn Məhkəmə portalından əldə edilmiş vergi ödəyicisi haqqında çıxarışın surətindən görünür ki, X3 fəaliyyət istiqaməti sosiska və kotlet bişirilən qəlyanatıların xidmətlərinin göstərilməsi üzrə vergi orqanlarından qeydiyyatdan keçmişdir. Qeydiyyatda olduğu rayon Abşeron rayonu qeyd edilmişdir. VÖEN-Aktiv qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını, eləcə də təqdim edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, ünvan 4 ünvanında fəaliyyət göstərən “Şamlıq” restoranının mətbəxinin tüstü bacasında qaz-toztutucu təmizləyici qurğu quraşdırılmaması ilə əlaqədar vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli AKT-ın hansı şəraitdə tərtib olunması (foto, video), barəsində inzibati xəta haqqında iş aparılan şəxsin fəaliyyət göstərdiyi “Şamlıq” restoranında məktubun qəbul edilməsi qeyd edilsədə onun X5 ilə hansı münasibətdə olması, ümumiyyətlə həmin şəxsin kimliyi barədə sübutlar məhkəyə təqdim edilməmişdir. xx.xx.2024-cı il tarixli, MN № ******* saylı protokoldan müəyyən edilir ki, ünvan 6 fəaliyyət göstərən “Şamlıq” restoranında tüstü bacasında təmizləyici qurğu olmadığına görə X5 AR İXM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli 86163 saylı akt ilə təsdiq edilir. Həmin Akt-da X3 iştirak etmədiyi qeyd edilmişdir. Digər sıralarda X3 imtina etdiyi qeyd edilmişdir. İnzibati xəta haqqında icraat aparan orqanın əməkdaşları məktubun X4 çatdırılması, onun imzası ilə məktubun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə çatdırılması üçün alınmasını və Akt-ın mötəbərliyini təsdiq edətmək üçün imzası ilə təsdiqləməsi təmin edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, X5 barəsində AR İXM-nin 237.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı protokol və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edilmişdir ki, işin baxılması AR İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətlərinə aiddir, işə baxılmasını istisna edən və ya işin icraatını rədd edən hallar mövcud deyildir. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etirazlar yoxdur. İş, 20 avqust 2024-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasında saat 11:30-da baxılması üçün təyin edilməsi, işə baxılmasında iştirak etmək üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 çağırılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, qərardadda işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutların toplandığı, iş üzrə etiraz və vəsatətlərin olmadığı qeyd edilmişdir. Sübutlar yalnız inzibati orqan tərəfindən tərtib edilmiş Akt-dan ibarət olmuşdur. Etiraz və vəsatətlər o halda mövcud olmuş olardı ki, barəsəində inzibati xəta üzrə icraat aparılmış şəxs məlumatlı olmuş olardı. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, barəsində olan inzibati xəta ilə bağlı işə xx.xx.2024-cü il tarixində saat 11:30-da Ekologiya və Təbii Sərvətlər İdarəsi Nazirliyinin 4 saylı Regional və Təbii Sərvətlər İdarəsində baxılacağı qeyd edilmiş, inzibati işə baxılması zamanı şəxsən itirak etməyi və ya səlahiyyətli nümayəndəsinin (vəkalətnamə ilə birgə) iştirakını təmin etməyi xahiş olunmuş, əks halda inzibati xəta haqqında işə iştirakı olmadan baxılacaqdır. Qoşma: xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol qeyd edilmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə ünvanlanmış bütün bildirişlər ünvan 6 yerləşən Şamlıq restoranının sahibi X4 qeyd edilmişdir. Digər bildirişlərin göndərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda X4 ünvanlanmış məktubların çatdırılması mümkün deyildir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi tarixdən 3 (üç) aydan artıq vaxt keçdikdən sonra xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün Ağcabədi rayon İcra və pobasiya şöbəsinə göndərilmiş, elə həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Ağcabədi rayon İcra və pobasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2026-cı il tarixdə borclunun daşınar əmlakının axtarılması barədə qərar qəbul edilmiş və AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş, icra sənədinin materiallarında borclu X3 müvafiq qərardan məlumatlı olmasına və icra iş üzrə hər hansı izahat verməsinə dair sübutlar müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, Ağcabədi rayon İcra və pobasiya şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə borclunun daşınar əmlakının axtarılması barədə qərar qəbul edilmiş, AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş, həmin vaxt X5 şifahi qaydada qərardan məlumatlı olmuş, xx.xx.2026-cı il tarixdə məhkəməyə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, X3 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddənin tərkibi Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulmasına görə yaranır. İşin materiallarında X3 vəzifəli şəxs olması, yəni təşkilati-sərəncamverici və ya iznibati təsərüfat vəzifələrini yerinə yetirən şəxs olmasını və ya (ekoloji normativlərə əməl olunmasına) görə məhsul təyin edilmiş şəxs olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, müəssisədə ekaloji fəaliyyətin təşkili zamanı “vəzifəli şəxs” dedikdə ilk növbədə qanuni tələblərin yerinə yetirilməsinə cavabdeh olan, sərəncam vermə səlahiyyətinə malik şəxs başa düşülür. Bununla da görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 237.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X3 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Halbuki inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X5 tərəfindən törədilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 iştiarıkı ilə inzibati xəta üzrə icraat aparılmalı, onun vəzifəli şəxs olması müəyyən edilməli və onun tərəfindən müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulmasında vəzifəli şəxs kimi təqsiri müəyyən olunmamışdır, bu hal qərarı qəbul etmiş şəxs tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 237.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X3 İnzibati Xətalar Məcəlləsinin məhz 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağcabədi rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(5-106)-46/2026
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-46/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver