Məhkəmə qərarları › İş №3(5-106)-56/2026

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-56/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-56/2026 04.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 7 saylı Qarabağ Regional bölməsinin nümayəndəsi baş məsləhətçi-müfəttişi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi daxili nəzarət şöbəsinin müdiri X1 iştirakları ilə, Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.2-ci maddələri ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 7 saylı Qarabağ Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən Şəxsnə məxsus heyvandarlıq fermasında tullantı sularının təyinatsız axıdılması və qurğuların istismar qaydalarına riayət edilməmişdir ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 7 saylı Qarabağ Regional bölməsinin nümayəndəsi baş məsləhətçi-müfəttişi X8 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağcabədi rayon Cəfərbəyli kənd sakini X6 tərəfindən ünvanlanmış müraciət aidiyyəti üzrə baxılması üçün xx.xx.2026-cı il tarixdə 3-14/2-082-Dxx-xx/2026 nömrəli məktubla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 7 saylı Qarabağ Regional bölməsinə göndərilmişdir. Müraciət əsasında xx.xx.2026-cı il tarixli 39 nömrəli sərəncamla xidməti ərazi üzrə Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin və Şəxs MMC-nin ərazilərinə 7 saylı Qarabağ Regional bölməsinin əməkdaşları, "xxxx" MMC-nin nümayəndəsi, X11 Sistemlərinin İstismarı İdarəsinin və şikayətçinin iştirakı ilə arşdırılmışdır. Araşdırma zamanı Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən Şəxs MMC-nin və "xxxx" MMCnin ərazisinə baxış keçirilmiş, "xxxx" MMC-nin ərazisində formalaşan tullantı suları müəssisənin ərazisində yerləşən təmizləyici qurğudan keçərək X7 Su İstismar İdarəsinin balansında olan C-QD-1-4 kollektoruna, Şəxs MMC-nin ərazisində formalaşan tullantı suları isə X7 Su İstismar İdarəsinin balansında olan C-30-QD-1-2-1 kollektoruna təyinatsız axıdıldığı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar şikayətçinin, "xxxx" MMCnin nümayəndəsi, X11 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsinin iştirakı ilə xx.xx.2026-cı il tarixdə "xxxx" MMC-nin tullantı sularının C-QD-1-4 kollektoruna axıdıldığı hissədən və Şəxs MMC-nin tullantı sularının C-30-QD-1-2-1 kollektoruna ötürücü quyusundan su nümunələri götürülərək fiziki-kimyəvi tərkibinin yoxlanması məqsədilə xidmətin tabeliyində olan mərkəzi laboratoriyaya təqdim edilmişdir. Laboratoriyaya təqdim edilmiş su nümunələrinin analiz nəticələrinə əsasən "xxxx" MMC-nin tullantı sularında çirkləndirici maddələrinin miqdarının norma daxilində olduğu, Şəxs MMC-nin tullantı sularında isə çirkləndirici maddələrin normadan artıq olduğu müəyyən olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 264.0.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi daxili nəzarət şöbəsinin müdiri X3 izahat verərək bildirdi ki, Şəxs 2011-ci il tarixdən Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərir. Müəssisədə yerləşən fermadan axıdılan tullantı suları təmizlənib axıdılsa da bir hissəsi suya qarışır. Hazırda həmin nöqsanın aradan qaldırılması üçün müəssisədə tədbirlər görülür. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 7 saylı Qarabağ Regional bölməsinin 10 fevral 2026-cı il tarixli 001443 nömrəli aktından görünür ki, xx.xx.2026-cı il tarixli 39 nömrəli sərəncamla xidməti ərazi üzrə Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində yerləşən Şəxs MMC-yə məxsus süd emalı zavoduna və fermasına baxış keçirilmiş, baxış zamanı Şəxs MMC-yə məxsus fermada formalaşan tullantı sularının C-30-QD-1-2-1 kollektoruna təyinatsız axıdıldığı aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 7 saylı Qarabağ Regional bölməsinin əməkdaşları xx.xx.2026-cı il tarixli 39 nömrəli sərəncamla xidməti ərazi üzrə Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində yerləşən Şəxs MMC-yə məxsus süd emalı zavoduna və fermasına baxış keçirmiş, baxış zamanı "xxxx" MMC-yə məxsus fermada formalaşan tullantı sularının təmizləyici qurğu vasitəsi ilə təmizlənərək axıdıldığı aşkar olunmuş, sözügedən ərazidə yerləşən Şəxs MMC-yə məxsus süd emalı zavodunda süd məhsullarının istehsalı zamanı formalaşan tullantı sularının C-30-QD-1-2-1 kollektoruna təyinatsız axıdıldığı aşkar olunmuşdur. Lakin bundan başqa baxış zamanı müəssisə tərəfindən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə gətirib çıxaran hər hansı bir qanun pozuntusuna yol verildiyi aşkar edilməmiş, bu kimi halların baş verməsi zamanı qanun pozuntularına gətirib çıxaracağı ehtimal olunmuşdur. Hazırda həmin nöqsanın aradan qaldırılması üçün müəssisədə tədbirlər görülür və baş vermiş qanun pozuntusu müəssisə tərəfindən aradan qaldırılmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 7 saylı Qarabağ Regional bölməsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğu üçün həmin maddə ilə təqsirli bilinib, barəsində inzibati tənbehi tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündə törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməli İXM-nin həmin maddəsi ilə düzgün tövsif edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığı üçün onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 32, 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Atena Aqro» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar