Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(5-106)-7/2026 08.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsindən material daxil olmuşdur. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün protokol düzgün tərtib edilməmiş və işə baxıb tam, hərtərəfli və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Ona görə də iş materialları geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi olmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında material düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Hazırki iş üzrə natamamlıq mövcuddur və işə baxılarkən tamamlamaq mümkün deyildir. Odur ki, həmin material onu tərtib etmiş orqana, Ağcabədi rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş X1 işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və X1 Azərbaycan Respublikası Məcəlləsinin 61.5, 111.3 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material onu tərtib etmiş orqana, Ağcabədi rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(5-106)-7/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-106)-7/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver