Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-89/2026 18.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Musayev Şahəli Calal oğlu, Paşayev Şamxal Yahya oğlunun katibliyi, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-851/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, o, 2022-ci il tarixdən etibar azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2026-cı il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-851/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ümumiyyətlə məlumatı olamamışdır. O bu gün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə gələrək həmin icra sənədi ilə tanış olmuş, məhkəmə qətnaməsi əsasında yaranmış aliment borcunun məbləğindən məlumatlı olmuşdur. Yaxın vaxt ərzində borc məbləğəni ödəyəcəyini bildirmişdir. O, icra məmurunun qanuni tələbindən heç vaxt imtina etməmişdir. Çağırışa gəlməkdən yayınmamışdır. Borcunu ödəməkdən imtina etməmişdir. Odur ki, göstərilən xüsusatları nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ifadə verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-851/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 26 avqust 20140-cü il tarixdə doğulmuş X5 və 23 dekabr 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təmiantı üçün Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyat olan Şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Lakin, Şəxs icra sənədləri ilə göstərilən borcunu ödəməkdən yayınmışdır. Belə ki, qətnamədə nəzərdə tutulan pul məbləğini ödəməmişdir. Hazırda Şəxs 7000 (yeddi min) manat aliment borcu yaranmışdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və müvafiq qəqrar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və icra məmurunun çıxışını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs icra sənədini icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi göstərilsə də, onun icra sənədini hansı səbəbdən icra etməməsi və icra məmurunun hansı qanuni tələblərini yerinə yetirməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən icra etməməsi, qərəzli şəkildə boyun qaçırması və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-851/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. İcraata başlama haqqında qərar qəbul edildikdən sonra Şəxs həmin icra sənədindən məlumatlı olması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Şəxs Ağcabədi Rayon Məhkəməsinin 1(017)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il, 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanaraq yeni hökmlə təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə toplanılaraq Şəxs üzərində qəti olaraq 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışıdır. Cəzaçəkmə nüddətinin əvvəli tutulduğu gündən yəni 13 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Ədliyyə Nazirliyi Pentensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisinin xx.xx.2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi haqqında qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən Şəxs cəzadan azad edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Musayev X3 Rayon Məhkəməsinin 2(017)-851/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə məlumatı olmamış, nikahın pozulması və aliment tələbinə dair məhkəmə iclasları keçirlən zaman o cəzaçəkmə müəssisəsində olmuş, həmin icra sənədi Şəxs cəza çəkdiyi müəssisəyə göndərilməmiş, icra məmurunun qanuni çağırışlarına vaxtlı-vaxtında getməkdən qərəzli şəkildə boyun qaçırmamış və icra sənədlərində göstərilən alimnet borcu ilə bu gün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 onu tanış etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarından görünür ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir (“İcra haqqında” Qanunun 15-ci maddəsi). İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası vətəndaşıdır, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, subaydır, 2 (iki) az yaşlı övladı var, icra sənədi üzrə müəyyən edilmiş aliment məbləğlərini ödməkdən qərəzli şəkildə boyun qaçırmamış və icra məmurunun qanuni tələblərindən yayınmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №3(5-106)-89/2026
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-89/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver