Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(5-106)-91/2026 20.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanova (Zeynalova) Səidə Seymur qızının, Zərərçəkmiş şəxs, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 iştirakı ilə xx xxxx 2004-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayon Minəxorlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Süleymanova (Zeynalova) Səidə Seymur qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 20 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Süleymanova (Zeynalova) X7 Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(017)- 95/2025 saylı və Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(017)- 96/2025 saylı icra sənədlərinə əsasən borclu uşağı vaxtında görüşə gətirmir və 1390 manat pulu ödəməyərək icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(017)-95/2025 saylı icra sənədinə əsasən İddiaçı Zərərçəkmiş şəxs 29 aprel 2023-cü ildə anadan olmuş X1 adlı bir nəfər uşağı ilə hər həftənin şənbə, bazar günü, uşağın doğum günü, yeni il, novruz, ramazan və qurban bayramları günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququnun təmin olunması və Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə Ağcabədi rayonunun Minəxorlu kəndində hər həftənin şənbə, bazar günü, uşağın doğum günü, yeni il, novruz, ramazan və qurban bayramları günü saat 10:00-da cavabdeh X6 tərəfindən iddiaçı Zərərçəkmiş şəxs, həmin günlər saat 17:00-da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh X4 təhvil verilməsi qət edilmişdir. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(017)- 96/2025 saylı icra sənədinə əsasən cavabdeh X2 qızıl-zinət əşyaları – 1 ədəd 950 manat dəyərində brilyant qaşlı üzükdən ibarət əmlak, əmlak naturada mövcud olmadığı təqdirdə onun dəyəri, həmçinin vəkil xidmətinə görə ödənilmiş 350 manat, mediasiya xərcinə görə ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda borclu Süleymanova (Zeynalova) Səidə Seymur icra məmurnun icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yerinə yetirmədiyindən hazırki inzibati protokolla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanova (Zeynalova) Səidə Seymur qızı özünü təqsirli bilməyərək izahatında göstərdi ki, iş materialları ilə tanış olmuşdur. Sənədlərdən və məhkəmə qərarından məlumatı olmuşdur. Zərərçəkmiş şəxs ilə qarşılaşmamaq üçün icra sənədini icra etməmiş və qərardan şikayət verməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(017)-95/2025 saylı icra sənədinə əsasən İddiaçı Zərərçəkmiş şəxs 29 aprel 2023-cü ildə anadan olmuş X1 adlı bir nəfər uşağı ilə hər həftənin şənbə, bazar günü, uşağın doğum günü, yeni il, novruz, ramazan və qurban bayramları günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququnun təmin olunması və Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə Ağcabədi rayonunun Minəxorlu kəndində hər həftənin şənbə, bazar günü, uşağın doğum günü, yeni il, novruz, ramazan və qurban bayramları günü saat 10:00-da cavabdeh X6 tərəfindən iddiaçı Zərərçəkmiş şəxs, həmin günlər saat 17:00-da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh X4 təhvil verilməsi qət edilmişdir. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(017)-96/2025 saylı icra sənədinə əsasən cavabdeh X2 qızıl-zinət əşyaları – 1 ədəd 950 manat dəyərində brilyant qaşlı üzükdən ibarət əmlak, əmlak naturada mövcud olmadığı təqdirdə onun dəyəri, həmçinin vəkil xidmətinə görə ödənilmiş 350 manat, mediasiya xərcinə görə ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu icra vərəqələrini icra etməkdən boyun qaçırır, üşaqla ünsiyyətdə olmasına şərait yaratmır və borclu olduğu pulu ödəməkdən yayınır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Süleymanova (Zeynalova) Səidə Seymur qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(017)-95/2025 saylı və Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(017)-96/2025 saylı icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanova (Zeynalova) Səidə Seymur qızının qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanova (Zeynalova) Səidə Seymur qızının məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Süleymanova (Zeynalova) Səidə Seymur qızının himayəsində 29 aprel 2023-cü il təvəllüdlü X1 adlı bir nəfər azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanova (Zeynalova) Səidə Seymur qızı haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Süleymanova (Zeynalova) Səidə Seymur qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Alməmmədov
Məhkəmə qərarları › İş №3(5-106)-91/2026
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(5-106)-91/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver