Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-1/2026 15.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYP-nin 11 dekabr 2025-ci il tarixli EQ 32575909 saylı protokol əsasında çıxarılmış 11 dekabr 2025-ci il tarixli qərardan verdiyi şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 11 dekabr 2025-ci il tarixli EQ 32575909 saylı protokolu əsasında çıxarılmış qərardan məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin 11 dekabr 2025-ci il tarixli EQ 32575909 saylı protokol əsasında çıxarılmış qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən X2 göstərdi ki, 11 dekabr 2025-ci il tarixdə idarə etdiyi “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBDRİD” minik markalı, ** UK *** dövlət qeydiyyatlı avtomobili ilə Binəqədi rayonu, Mircəlal küçəsi ilə hərəkət edərkən asfalt örtüyü üzərində düz və sola-geriyə dönmə nişanının olmasına baxmayaraq, geriyə döndüyü üçün barəsində protokol tərtib olunmuşdur.İki nişan arasında ziddiyət olarsa, sürücü gördüyü nişanı üstün tuta biləcəyini bildirmiş, bununla bağlı videoregistrator vasitəsilə çəkilmiş videoqeydiyyat və fotoşəkillər təqdim edib əsas gətirərək məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 32575909 nömrəli inzibati xəta haqqında elektron sənədlərdən görünür ki, X2 “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBDRİD” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 11 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Belə olan halda şikayət qismən təmin edilməklə X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin 11 dekabr 2025-ci il tarixli EQ 32575909 saylı protokol əsasında çıxarılmış 11 dekabr 2025-ci il tarixli qərarı qərarı ləğv edilməli və yenidən araşdırma aparılması üçün inzibati material Azərbaycan Respublikası DİN BDYPİyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128-130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin 11 dekabr 2025-ci il tarixli, EQ 32575909 saylı protokol əsasında çıxarılmış 11 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin. X1 barəsində yenidən araşdırma aparılması üçün inzibati material Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(5-107)-1/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-1/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver