Məhkəmə qərarları › İş №3(5-107)-100/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-100/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-100/2026 12.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Başgüney kəndində qeydiyyatda olan, Ağdam rayonu Dördyol-1 qəsəbəsi ev 832-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 11 fevral 2026-cı ildə saat 22 radələrində Ağdam rayonu Dördyol-1 qəsəbəsində ictimai qaydanı pozduğu vaxt onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 11 fevral 2026-cı ildə saat 22 radələrində evdə olmadığı vaxt oğlu Samurad ona məxsus 19 baş keçini ondan xəbərsiz olaraq hər birini 60 manata satmışdır. Bu barədə polisə şikayət edib dərhal evə gəlmişdir. 1-2 saat sonradan heyvanların yerini müəyyən etmiş və qapısına gətizdirmişdir. Polis əməkdaşı Elmurad ona zəng vuraraq heyvanların pulunu qaytarmadan həyətə düşürməməsini demiş, o isə oğlunun heyvanları oğurlayıb ucuz satdığını demişdir. Polis əməkdaşı onu başa düşməyərək heyvanları polis şöbəsinə aparmışdır. Həmin vaxt əsəbiləşərək Elmuradı təhqir etmişdir. Hazırki vaxta qədər onun heyvanları geri qaytarılmamışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və iki dəfə infarkt olduğundan ürək xəstəliyindən əziyyət çəkdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X1 Bölməsinin sahənin polis nəfəri X2 göstəmişdir ki, Şəxs həyətində olan heyvanların oğurlanması barədə «102» xidmətinə etdiyi şikayət əsasında 11 fevral 2026-cı ildə saat 22 radələrində Ağdam rayonu Dördyol-1 qəsəbəsinə getmişdir. Hadisə yerinə çatmamışdan məlum olmuşdur ki, heyvanları Nadirin oğlu Samurad atasından gizli olaraq ucuz qiymətə başqasına satmış və alıcı heyvanları Nadirin həyətinə gətirmişdir. Nadirə zəng vuraraq alıcının pulunu qaytarmasını demiş, Nadir isə onu təhqir etmişdir. Bundan sonra heyvanlar polis şöbəsinə aparılmış, orada isə alıcıya təhvil verilmişdir. Hazırki vaxta qədər Nadirin oğlu Samurad gizlənmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı ildə saat 23:25-də inzibati qaydada tutulmuş və xx.xx.2026cı ildə saat 16:56-da azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəsinə əsasən yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar