Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-123/2026 02.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Qasımlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 16 mənzil 75-də yaşayan X1 Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31897619 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan F.Ə.Cəfərli məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-CF-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı avtomobillə Bakı şəhəri Gəncə prospektində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tələblərini pozduğu (avtobus zolağına daxil olma) iddia edilərək barəsində EQ 31897619 nömrəli elektron qərar çıxarılmış və həmin qərara əsasən ona 100 AZN məbləğində cərimə tətbiq edilmişdir. Sözügedən elektron qərarı mübahisələndirərək, aidiyyəti üzrə şikayət etmiş, lakin mahiyyəti üzrə şikayəti araşdırılmadan Bakı Şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən ona ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda, ümumi məlumat əsasında cərimənin qanunamüvafiq olduğu qeyd edilmişdir. Hadisə baş verən yerdə F.Ə.Cəfərli 5.9 nişanın tələblərini pozmamış, çünki hadisə yerində olan foto və videogörüntüdən də göründüyü kimi, o, həmin yol hərəkəti zolağında hərəkədə olamamış, oradan olan qırıqqırıq nişanlanma xəttindən keçmişdir. Belə olan halda F.Ə.Cəfərli iddia olunan xətanı törətməmiş, yəni zolağa yalnız qanunla icazə verilən halda sağa dönmə manevri edərək daxil olmuşdur. Xüsusi texniki vasitə ilə qeydə alınmış görüntülər F.Ə.Cəfərlinin qayda pozuntusu törətdiyini birmənalı sübut etmir. İnzibati orqan tərəfindən aparılan araşdırma formal xarakter daşımış, F.Ə.Cəfərlinin xx.xx.2025-ci il tarixli şikayətimə rədd cavabı verilməsi barədə məktubda (№ C-64659) göstərilən dəlillər obyektiv araşdırılmamışdır. Sözügedən dövlət qurumuna gedib, hadisə yerinin video müşahidə görüntüləri ilə qurum əməkdaşını izah etsə də, obyektiv araşdırma aparılmamışdır. Bakı Şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli EQ 31897619 nömrəli elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.Ə.Cəfərli məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. F.Ə.Cəfərlinin barəsində inzibati xəta haqqında iş üzə qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31897619 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, F.Ə.Cəfərli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddələri ilə təqsirli bilinib, yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, F.Ə.Cəfərlinin şikayəti təmin edilməyərək onun barəsində olan Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31897619 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1.-ci maddəsi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə məsuliyyət və yüz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. F.Ə.Cəfərlinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib edilmiş xx.xx.2025ci il tarixli qərarla, Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin xx.xx.2025-ci il tarixli C- 64659 saylı məktubu ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31897619 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayət təmin edilməsin. X1 barəsində olan Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31897619 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(5-107)-123/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-123/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver