Məhkəmə qərarları › İş №3(5-107)-161/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-161/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-161/2026 10.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi – həmin bölmənin rəis müavini X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 65-də yaşayan X3 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2026-cı il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan T.T.Quliyev məhkəməyə şikayət ünvanlayaraq Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2026-cı il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsasladırılmışdır ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsi tərəfindən qəbul edilmiş MN № ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına dəvət edilməsi barədə xx.xx.2026-cı il tarixli məktub T.T.Quliyevə qərar yazıldıqdan sonra təqdim edilmişdir. Ona görə də T.T.Quliyev inzibati araşdırmada iştirak etmək hüququndan məhrum olmuşdur. Qərara əsasən "xxxx" MMC-yə məxsus ticarət obyektində malların saxlanması qaydalarının pozulması iddia edilmiş və bu əsasla inzibati məsuliyyət tətbiq olunmuşdur. Lakin qeyd olunan qərar əsassızdır və faktiki hallara uyğun deyildir. Belə ki, yoxlama zamanı qeyd edilən məhsullar satışda olan mallarla birgə saxlanılmamış, əksinə anbar daxilində xüsusi ayrılmış sahədə yerləşdirilmişdir. Bu hal video görüntülərlə də sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət» Qaydaların 4.8-ci bəndinə əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə uyğun olaraq həmin mallar satışdan çıxarılmış və anbar daxilində xüsusi ayrılmış yerdə saxlanılmışdır. Bu isə hər hansı hüquq pozuntusunun baş vermədiyini göstərir. Bundan əlavə, inzibati iş üzrə faktiki hallar tam və obyektiv araşdırılmamış, sübutlar (video görüntülər) nəzərə alınmamış və nəticədə əsassız qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən T.T.Quliyev şikayətini müdafiə edərək göstərmişdir ki, həqiqətən də xarab malları anbarda yerləşən 3x3 metr ölçüdə soyuducunun bir tərəfində, yararlı malları isə digər tərəfində saxlamışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini qeyd etməklə barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi X.R.Adıgözəlov məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Teymur Quliyevin işlətdiyi mağazada reyd keçirilərkən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulması aşkar edilmiş və Teymur 600 manat cərimə edilmişdir. Təmsil etdiyi təşkilatın qərarının qanuni olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx.xx.2026-cı il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, T.T.Quliyevin şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx.xx.2026-cı il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə məsuliyyət və altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi T.T.Quliyev xx.xx.2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən «ARAZ» marketdə malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. T.T.Quliyevin barəsində Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx.xx.2026-cı il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx.xx.2026-cı il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar